Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rusiyada 1 dollar 86 rubla çatdı
Rusiyada 1 dollar 86 rubla çatdı
21 Yanvar 2016 / 14:37 / Baxış sayı: 568
Font1 Font2 Font3 Font4

Rusiya birjalarında dolların sürətli bahalaşması davam edir. Fins.az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 13-də Moskva birjasında dolların məzənnəsi 85 rublu keçib. Hərracların gedişində dolların məzənnəsi hətta 86 rubla yaxınlaşıb (85,999 rubl). Paralel olaraq avronun məzənnəsi 4 rubl artaraq 93,7 rubla çatıb.

Artıq birjalarda baş verənlərə Rusiya Prezident Administrasiyası da münasibətini açıqlayıb. Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kremldə valyuta bazarlarındakı kəskin dəyişmələri rublun çökməsi hesab etmirlər. Onun sözlərinə görə, hazırda Rusiya Mərkəzi Bankı bazarlardakı vəziyyəti diqqətlə izləyir. “Bazarlarda baş verən proseslər barədə prezidentə də məlumat verilir”,-deyə mətbuat katibi bildirib.

***
11:43

Moskva birjasında ABŞ dollarının məzənnəsi görünməmiş sürətlə artmaqdadır. Bu gün səhər saatlarında rubl tədavülə buraxıldığı tarixdən bəri ən aşağı həddə düşüb. Bakı vaxtı ilə saat 11:35-də 1 ABŞ dollarının birja kursu 84 rubla bərabər olub.

Rubl, eyni zamanda, avroya nisbətdə də ucuzlaşır. Yuxarıda göstərdiyimiz vaxtda 1 avro 91,86 rubla bərabər olub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə