Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İlham Əliyev İran prezidentinə zəng etdi
İlham Əliyev İran prezidentinə zəng etdi
21 Yanvar 2016 / 15:44 / Baxış sayı: 152
Font1 Font2 Font3 Font4

Yanvarın 21-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev İran İslam Respublikasının prezidenti Həsən Ruhaniyə telefonla zəng edib. Bu barədə Azərbaycan Respublikası Prezidentinin Mətbuat xidməti məlumat yayıb. 

Dövlətimizin başçısı İrana qarşı tətbiq edilən sanksiyaların götürülməsi münasibətilə İran prezidentinə və xalqına təbriklərini çatdırıb və uğurlar arzulayıb. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan həmişə bu sanksiyaların əleyhinə olub və bununla bağlı rəsmi açıqlamalar verib. Azərbaycan prezidenti sanksiyaların götürülməsindən bir daha məmnunluğunu bildirib.

İran prezidenti Həsən Ruhani təbriklərinə və xoş sözlərinə görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını çatdırıb və əlaqələrimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirib. Dövlət başçıları ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişafı, enerji məsələləri, ölkələrimizin dəmir yollarının birləşdirilməsi, Astara-Astara dəmir yolu xəttinin çəkilişi, investisiya layihələrinin icrası və digər məsələləri müzakirə ediblər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə