Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Almaniyadakı Azərbaycan diplomatının maxinasiyaları
Almaniyadakı Azərbaycan diplomatının maxinasiyaları
21 Yanvar 2016 / 17:50 / Baxış sayı: 1110
Font1 Font2 Font3 Font4

 Azərbaycanın Almaniyadakı səfirliyinin 3-cü katibi Şəhriyar Ağayev diplomat adına yaraşmayan işlərlə məşğul olur. Xaricdəki Azərbaycan diplomatlarının peşə etikasını pozmasına dair bu növbəti məlumat haqqin.az saytına oxuculardan birindən daxil olub.

Oxucu yazır ki, həmin diplomat öz davranışı və maneraları ilə Azərbaycan dövlətinin imicinə zərər vurur. Bəs Ş.Ağayev hansı əməllərin sahibidir ki, özü barədə bu fikirlərin yaranmasına səbəb olub?

Belə məlum olur ki, o, Azərbaycanın Almaniyadakı səfirliyində işləyərkən “qazanc götürmək məqsədi ilə qanunsuz kommersiya sövdələşmələri” ilə məşğul olub. Məsələn, xidməti vəzifələrindən sui-istifadə edərək guya səfirliyin ehtiyacı üçün Duty Free-dən alkoqol, tütün və parfümeriya məmulatları sifariş edib. Daha sonra həmin malları öz kanalları vasitəsilə sataraq qazanc götürüb.

Habelə, Ağayev azərbaycanlı məmurlar üçün kommersiya daşınmaz əmlakın alınmasında açıq vasitəçilik edib. Diplomat öz işi ilə də məşğul olubmu, bunu bilmirik. Ancaq o, öz xidməti vəzifələrindən istifadə edərək hazırda Almaniya, Türkiyə və Çində yaşayan keçmiş Azərbaycan vətəndaşlarına müxtəlif cür xidmətlər göstərib. Belə xidmətlər isə, təbii ki, əvəzsiz olmayıb.

Ancaq bu ranqda diplomat belə xırda işlərlə məşğul olmaqdan bezib və diplomat statusundan istifadə edərək pul qazanmağın yeni yolunu fikirləşib. O, diplomatik yük adı altında müxtəlif mallar alıb və həmin malları həyat yoldaşı internet-mağaza üzərindən satıb. İnstagram-a, Facebook-a göz gəzdirməklə bu alverin izlərinə rast gəlmək olar.

Diplomatımız bir az da uzağa gedərək brendi saxtalaşdırmaq sövdələşməsinə girib. O, hazırda boşandığı keçmiş həyat yoldaşı ilə məşhur brendləri saxtalaşdırıb. Çində istehsal edilən malları saxta brend adı altında onun adına rəsmiləşdiriblər və hər hansı gömrük rüsumları ödənmədən Bakıya daşıyıblar. İstisna deyil ki, bu mallar Bakı butiklərində satışa çıxarılıb.

Bildirilir ki, Ağayevin faliyyəti barədə vaxtilə MTN-ə rəsmi şikayət ərizəsi də daxil olub. Ancaq diplomatın peşə fəaliyyətinə uyğun gəlməyən işlərlə məşğul olmasına dair faktların ortada olmasına baxmayaraq, Eldar Mahmudovun “kontoru” onun barəsində araşdırma başlatmayıb.

Ağayev hazırda boşanıb və Azərbaycanın Avstriyadakı səfirliyində bir ranq yuxarı vəzifə tutmaqdadır. Bildirilir ki, həmin ölkədə qalma müddəti başa çatandan sonra diplomat Avropa ölkələrindən birində qalıb yaşamaq üçün saxta nigaha girməyə hazırlaşır. Yəni o, Azərbaycana dönmək fikrində deyil. Ola bilsin ki, həm də qanun qarşısında cavab verməkdən qorxduğuna görə.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə