Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İlham Əliyev: “Neftin qiymətinin düşməsi bizi təəccübləndirməyəcək”
İlham Əliyev: “Neftin qiymətinin düşməsi bizi təəccübləndirməyəcək”
21 Yanvar 2016 / 18:46 / Baxış sayı: 432
Font1 Font2 Font3 Font4

“Bugünkü vəziyyəti gördükdən sonra neftin qiymətinin daha da düşməsi bizi təəccübləndirməyəcək”. 
Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Davos Forumu Çərçivəsində “The New Energy Equation” adlı panel müzakirəsində çıxışında deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan öz iqtisadiyyatını neftdən sonrakı dövrə – 20 ildən sonraya hazırlayırdı:”Bu bizim üçün gözlənilməz oldu, iqtisadiyyatımız üçün çətin vəziyyət yaratdı. Çünki biz bu il büdcəmizi 50 dollar səviyyəsində müəyyən etmişdik. Ötən il isə bu rəqəm 60 dollar götürülmüşdü.

Ona görə xərclərimizi, investisiyalarımızı azaltmaq məcburiyyətində qaldıq. Sosial proqramları olduğu yerdə saxladıq. Bizim iqtisadiyyatımız stabil və dayanıqlıdır. Böyük rezervlərimiz var. Ona görə də biz vəziyyəti kompensasiya edə bilərik. Lakin vəziyyət uzun müddət davam etsə, təbii ki, bu bizim büdcə üçün böyük təzyiq olacaq”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə