Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İran səfirliyi meyiti verilməyən körpə ilə bağlı açıqlama yaydı
İran səfirliyi meyiti verilməyən körpə ilə bağlı açıqlama yaydı
22 Yanvar 2016 / 13:52 / Baxış sayı: 1286
Font1 Font2 Font3 Font4

“Biz məsələni diqqət mərkəzində saxlayırıq”.

“Biz məsələni diqqət mərkəzində saxlayırıq. Azərbaycanın Tehran və Təbriz şəhərlərində yerləşən siyasi nümayəndəlikləri, eləcə də Azərbaycanın humanitar qurumlarının öz vətəndaşına yardım üçün lazım olan addımı atacağını ümid edirik”.
Bunu İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat katibiTəbrizdə vəfat etmiş azərbaycanlı uşaq barədə ANS PRESS-ə açıqlamasında bildirib.
Səfirliyin mətbuat katibi Məhəmmədrza Nəcəfi Qorqud Dadaşzadənin Təbrizin “Kudəkan” xəstəxanasında vəfatına görə təəssüfləndiyini bildirib:

“Hər il müxtəlif ölkələr və o cümlədən Azərbaycan vətəndaşları, minlərlə insan müalicə üçün İrana üz tutur və onların əksəriyyəti İranda aldıqları müalicədən razılıq bildirirlər. Dünyada mövcud olan bütün xəstəxanalar öz xəstələrinin sağalması və şəfa tapmasını istəyir. Hər halda Allahın təqdiri ilə də barışmaq lazımdır”.

M.Nəcəfi deyib ki, görülən tədbirlər nəticəsində 15 min 500 manat borcdan 12 min 300 manatı İranın xeyriyyə cəmiyyəti tərəfindən ödənilib və hal-hazırda yalnız 3200 manat borc qalıb.

Azərbaycan vətəndaşı 9 aylıq Qorqud Dadaşzadə dünən günorta saatlarında İran İslam Respublikasının Təbriz şəhərində yeləşən “Kudəkan” (Uşaqlar) xəstəxanasında ağciyərinə düşən infeksiya nəticəsində dünyasını dəyişib. Adıçəkilən xəstəxananın uşağın cənazəsini yaxınlarına vermədiyi barədə məlumat yayılıb. Hazırda İranda olan uşağın dayısı Qulliyev Aqilin ANS-ə açıqlamasında 3200 manat borcları olduğuna görə həkimlər uşağın meyitinin valdeyinlərinə vermədiyini deyib.

Ailəyə yalnız pulu ödəyəcəkləri təqdirdə uşağın meyitini verəcəklərini bildiriblər.


İran səfirliyi meyiti verilməyən körpə ilə bağlı açıqlama yaydı yazısına 1 şərh yazıldı




Yuxarı Geri Ana səhifə