Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İcra başçısı rayon sakinləri ilə görüşüb – Biləsuvarda
İcra başçısı rayon sakinləri ilə görüşüb – Biləsuvarda
22 Yanvar 2016 / 19:20 / Baxış sayı: 378
Font1 Font2 Font3 Font4

Rayon İcra Hakimiyyəti Başçısının rayon sahibkarları, ziyalıları, ağsaqqaları və ictimayyətin nümayəndələri ilə görüşü keçirilib

Yanvarın 22-də Heydər Əliyev Mərkəzində rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev rayon sahibkarları, ziyalıları, ağsaqqaları və ictimayyətin nümayəndələri ilə görüş keçirdi.
Görüşü giriş nitqi ilə açan Mahir Quliyev cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın qazandığı nailiyyətlərdən, ölkənin və rayonun sosial-iqtisadi və mədəni həyatında baş verən dinamik inkişafdan danışdı. Dünyanı bürüyən iqtisadi böhran şəraitində respublikamızın  əldə etdiyi uğurların xalqımız üçün qürurverici olduğunu qeyd etdi.
 Respublikamızda sahibkarlığın  inkişaf etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması və sahibkarlara hərtərəfli köməkliklər göstərilməsi  ilə bağlı Ölkə rəhbərinin tapşırıq və tövsiyyələrinə   uyğun olaraq rayonumuzda  bu istiqamətdə görülən işlər və həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verdi. Mahir Quliyev rayonda özəl sahənin daha da inkişaf etdirilməsi və rəqabətqabiliyyətli olması üçün bundan sonra da onlara müvafiq köməkliklərin olunacağını bildirdi. Hazlrkı böhran şəraitində ölkə rəhbərliyinin xalqın rifahi naminə aparılan tədbirləri qeyd edərək bildirdi ki, əmək haqqlarının, pensiya və müavinətlərin artırılması, süni qiymət artımına qarşı görülən tədbirlər bir daha cənab Prezidentin əhalinin həyat şəraitinin yaxşılıaşdırılmasını daim diqqət mərkəzində saxlamasının  bariz nümunəsidir.
Görüşdə çıxış edən rayon  sakinləri cənab Prezidentin diqqəti və qayğısı nəticəsində  rayonun sosial-iqtisadi inkişafı sahəsində görülən işləri razılıq hissi ilə qarşıladıqlarını bildirdilər. Natiqlər cənab Prezidentin anti-böhran tədbirlərini, maaş və müavinətlərin artırılmasını, çörək və un məhsullarının qiymətlərinin tənzimlənməsi ilə bağlı sərəncamlarını alqışladıqlarını, bunların ölkə vətəndaşlarının həyat şəraitinin yaxşılaşmasına və sahibkarlığın inkişafına yaratdığı əlverişli şəraitə görə  cənab Prezidentə minnətdarlıq bildirdilər.Çıxış edənlər cənab Prezidentin siyastini daim dəsdəkləyəcəklərini bildirdilər.
Görüşün sonunda İcra başçısı vətəndaşların müraciət və təkliflərini dinləyərək onların həlli ilə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlarını verdi.
Bu gün Biləsuvar rayon  İcra hakimiyyətinin təşkilatçılığı ilə rayon mərkəzində  kənd təsərrüfatı məhsullarının satış yarmarkası da keçirildi.
Əhalinin ərzaq məhsullarına olan tələbatını ödəmək, süni qiymət  artımının  qarşısını  almaq  məqsədi  keçirilən   yarmarkada  tərdi təsərrüfatlarda və yerli sənaye müəssisələrinin istehsal etdiyi müxtəlif  növ  ərzaq məhsulları satışa çıxarılmışdır. Məhsullar  bazar  qiymətlərindən  30-40 %  ucuz  qiymətə satılmışdır.Yarmarkada rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev iştirak etmişdir. Əhali yarmakanın keçirilməsini rəğbətlə qarşılamış,  məhsulların  qiymətlərindən  razılıqlarını ifadə  etmişlər, yarmarkanının təşkilinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Ərzaq satışı yarmarkasının  hər ay keçirilməsi  nəzərdə  tutulmuşdur.


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə