Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakının giriş-çıxışında tıxaclar azalacaq
Bakının giriş-çıxışında tıxaclar azalacaq
23 Yanvar 2016 / 11:55 / Baxış sayı: 242
Font1 Font2 Font3 Font4

Bakının giriş-çıxış yollarında vətəndaşların və nəqliyyat vasitələrinin rahat, maneəsiz, təhlükəsiz şəkildə hərəkətini təmin etmək, nəqliyyat sıxlığının aradan qaldırılması ilə əlaqədar müəyyən işlər həyata keçirilib.

Qərb və cənub istiqamətindən paytaxta daxil olan nəqliyyat vasitələrinin yükünü xeyli yüngülləşdirən “Bakı Dairəvi-1” avtomobil yolunda aparılan təmir-tikinti işləri həmin istiqamətdə nəqliyyat axınına müsbət təsir edərək sıxlığın aradan qaldırılmasına yardımçı olub.

Paytaxtın cənub giriş-çıxışında, Səbail rayonu “20-ci sahə” deyilən ərazidə sıxlığın aradan qaldırılması və “Lökbatan” dairəsi istiqamətinə doğru hərəkətdə olan nəqliyyat vasitələrinin daha rahat hərəkətinin təmin edilməsi məqsədi ilə “Bibiheybət yolu”nda (“Bibiheybət” məscidindən Bakı Su İdmanı Sarayına qədər olan hissədə) nəqliyyat vasitələrinin iki istiqamətli hərəkətinin təşkili üçün “Azəryolservis” ASC tərəfindən işlər aparılıb.

Paytaxtın şimal girişində, Bakı-Quba-Rusiya ilə isə dövlət sərhədi avtomobil yolunun 6-11 km hissəsində yaranan tıxacların aradan qaldırılması məqsədilə həyata keçirilən kompleks tədbirlər çərçivəsində göstərilən yolun 9-cu km-də yerləşən mövcud yol ötürücüləri sökülərək yerində 400 metr uzunluğunda müasir tipli yol ötürücülərin inşası aparılıb.

Bundan əlavə, həmin ərazidə 995 metr uzunluğunda istinad divarları inşa edilib, yan yol genişləndirilərək 15 metrə çatdırılıb. Aparılmış kompleks tədbirlərdən sonra yol 2-4 hərəkət zolağı enində genişləndirilib. Bu isə həmin ərazidə yaranan tıxacın xeyli azalmasına gətirib çıxarıb. Hazırda da sözügedən yolun genişləndirilməsi istiqamətində addımlar atılır. Bu məqsədlə bəzi hissələrdə yol kənarında olan süni təpələr sökülür.

Bununla yanaşı, vətəndaşların təhlükəsizliyi nəzərə alınaraq yol ayrıcında quraşdırılmış əyri xətli dəmir tirlər sökülərək, beton arakəsmələrlə əvəzlənir. Betonun aşağısında xüsusi təkərqaytaran hissə, deflektor mövcuddur ki, yol qəzaları zamanı nəqliyyat vasitələrinin beton maneə ilə toqquşması əksər vaxtlarda 12 dərəcə bucaq altında baş verir və nəticədə nəqliyyat vasitəsi təkərqaytarana dəyərək geriyə, yolun hərəkət hissəsinə qayıdır və bir-çox hallarda beton maneə ilə birbaşa toqquşma qeydə alınmır.

Təmir-tikinti işləri Şamaxı istiqamətindən paytaxta giriş-çıxışda da aparılır. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun “Sulutəpə dairə”sindən “Hökməli dairə”si və Müşviqabad qəsəbəsinə qədər olan hissəsində yol kənarları abadlaşdırılır, piyada səkiləri tikilir. Piyada səkilərinin tikintisi sözügedən ərazinin yaşayış məntəqələrindən keçən hissəsində aparılır. Yol boyu hər iki istiqamət üzrə salınan səkilərin eni 1,5 metrdir. Səkilərin kənarlarına səki daşları düzülür, üstü isə asfaltlanır.

Avtomobil yolundan səth sularının kənarlaşdırılması üçün tikintinin aparıldığı ərazilərdə drenaj sistemi qurulur. Bundan başqa mövcud olan avtobus dayanacaqlarının ərazilərində sərnişin avtobuslarının rahat giriş-çıxışını təmin etmək və ümumi hərəkətə mane olmamaq məqsədi ilə xüsusi “cib”lər yaradılır. “Cib”lərin uzunluğu 30 metr, eni isə 3-5 metr təşkil edir. Bakıdan Şamaxı istiqamətində, “Hökməli dairəsi”ndə yolun sağında olan süni yaşıllıq təpəciyinin sökülməsi işləri də aparılıb.

Bununla da yolun hərəkət hissəsi xeyli genişlənib. Nəticədə nəqliyyat vasitələri daha rahat və maneəsiz şəkildə dairəyə daxil olaraq hərəkətlərinə davam edə bilirlər. Aparılan təmir-tikinti işləri çərçivəsində yol ayrıcında olan və yolun ümumi görünüşünə xələl gətirən beton tökmə hissələr də sökülərək əvəzinə beton arakəsmələr düzülür.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə