Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Neftçaladakı yeni bazarda qiymətlərə nəzarət gücləndirilib…
Neftçaladakı yeni bazarda qiymətlərə nəzarət gücləndirilib…
23 Yanvar 2016 / 12:35 / Baxış sayı: 858
Font1 Font2 Font3 Font4

Bəzi saytlarda yeni bazarla bağlı verilən məlumatlar həqiqəti əks etdirmir…

Son günlər bir neçə xəbər saytlarında Neftçalanın balıq bazarı ilə bağlı məlumat yayılıb. Xəbərlərdə qeyd olunur ki, sözügedən yeni  bazar guya icra başçısı İsmayıl Vəliyevin nəzarətindədir və köhnə bazarda buna görə satıcılara problemlər yaradılır. Əslində isə reallıq başqadır və arxiv.bizimxeber.az-ın əməkdaşlarları hər iki bazarda olub, satıcılarla görüşüb. 

Neftçaladakı köhnə bazarda sözün həqiqi mənasında antisanitariya vəziyyəti hökm sürür. Ölkə prezidenti İlham Əliyevin yeni və müasir bazarların salınması, insanlara yüksək səviyyəli xidmətin göstərilməsi ilə bağlı verdiyi tapşırıq və sərəncamlar bu bazardan çox-çox uzaqdır. Bazarın ətrafı zibilliklərlə doludur. Yağışlı havalarda bazarda hərəkət etmək belə mümkünsüzdür. Belə vəziyyətdə satıcılar və onların satdığı məhsulların gigenik təmizliyindən söhbət belə gedə bilməz. Bir sözlə bu bazar sözün həqiqi mənasında xəstəlik mənbəyidir.

Üstəlik, köhnə bazarın yaxınlığında Sərhəd Qoşunlarına məxsus N saylı hərbi hissənin yerləşməsi vəziyyəti bir qədər çətinləşdirir. Məlum olduğu kimi, hərbi hissələrin yaxınlığında yaşayış binalarının tikintisi və ya insanların çoxluq təşkil etdiyi obyektlərin yerləşməsi qanunla qadağandır. Heç bir standarta uyğun olmayan bazar da məhs hərbi hissənin yaxınlığında yerləşir.

Yeni bazar isə tam müasir, gigenik tələblərə cavab verən avadanlıqların quraşdırılması baxımından daha münasibdir. Sayt əməkdaşlarının müşahidələri göstərir ki, artıq əksər satıcılar yeni bazarda yerləşməyə başlayıblar.

Həmçinin yeni bazarın rayon icra başçısı İsmayıl Vəliyevə heç bir aidiyyatının olmadığı bəlli olub. Bazar rəhbərliyi sayt əməkdaşlarına bildirib ki,  yeni bazar Neftçalada vətəndaşlara daha yaxşı xidmət göstərilməsi üçün tikilib. Hazırda bazarda satıcılara məhsulların köhnə qiymətlə satılması, qiymətlərə nəzarət bir daha gücləndirilib.

Bir sözlə, oxuculara təqdim olunan fotofaktlarda bazardakı vəziyyət çılpaqlığı ilə əks olunub.

BAKI – NEFTÇALA-BAKI



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə