Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İrandan ilk neft alan ölkə Yunanstan oldu
İrandan ilk neft alan ölkə Yunanstan oldu
24 Yanvar 2016 / 16:10 / Baxış sayı: 1744
Font1 Font2 Font3 Font4

Yunanıstanla İran arasında saziş imzalandı

 Yunanıstanın “Hellenic Petroleum” neft şirkəti İrandan “qara” qızıl alışına dair bu ölkənin dövlət neft şirkəti ilə uzunmüddətli saziş imzalayıb. Bu haqda yunan şirkətinin saytındaməlumat verilib. Saziş neft hasilatı və 2011-ci ildə İrana qarşı tətbiq edilən sanksiyalara görə yaranan maliyyə məsələlərinin həllini nəzərdə tutur.

İran qərbin sanksiyalarının üzərindən götürülməsindən sonra neftin qiymətlərinin düşməsi fonunda iqtisadiyyatını möhkəmləndirmək üçün xarici investisiyalardan ildə 50 milyard ABŞ dolları əldə etməyi planlaşdırır.


“Hellenic Petroleum” neft şirkəti

Daha əvvəl İran neft bazarında Səudiyyə Ərəbistanı ilə rəqabətə davam gətirmək üçün Avropalı istehlakçılara endirim təklif etməyə hazırlaşdığını bəyan etmişdi.
Yanvarın 18-də İran rəsmi olaraq sutka ərzində neft hasilatını 500 min barel artırdığını elan edib. İran üzərindən beynəlxalq sanksiyaların götürülməsini nəzərdə tutan nüvə razılaşması iyulun 14-də Vyanada əldə olunub. Razılıq İranın nüvə fəaliyyətinin məhdudlaşdırılması müqabilində ölkəyə qarşı beynəlxalq sanksiyaların aradan qaldırılmasını nəzərdə tutur.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə