Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nurçuluğu ifşa edən kitabın təqdimatından – FOTOLAR
Nurçuluğu ifşa edən kitabın təqdimatından – FOTOLAR
24 Yanvar 2016 / 16:27 / Baxış sayı: 1880
Font1 Font2 Font3 Font4

Bakıda araşdırmaçı jurnalist Cavid Cabbarlının “Gizli həqiqət. Nurçuluq və Səid Nursi gerçəkliyi” kitabının təqdimatı keçirildi. Tədbirə ölkənin bir çox tanınmış ziyalıları, ictimai-siyasi xadimlər, jurnalistlər və s. qatılmışdılar.

Təqdimatı giriş sözü ilə şair və jurnalist Şəmşad Ağa açaraq, kitab haqqında iştirakçılara ümumi məlumat verdi.
Çıxış edənlər gərgin zəhmət və uzun müddətli araşdırma nəticəsində ortaya çıxmış əsərin ictimai-siyasi əhəmiyyətini vurğulayaraq, belə bir kitabın Azərbaycan cəmiyyətinə bir töhfə olduğunu qeyd etdilər. Bir-birindən maraqlı çıxışlarla yadda qalan kitab təqdimatı, polemikalar üçün də sanki bir meydana çevrildi.  Tədbirin diqqət çəkən məqamlarından biri də kitabda tənqid olunan məlum ideya tərəfdarına da fikrini demək üçün vaxt ayırılması idi.  İki saat müddətinə nəzərdə tutulmuş təqdimat mərasimi 3 saatdan da bir qədər artıq çəkdi. Sonda müəllif kitablarını oxucular üçün imzaladı.
Qeyd edək ki, Cavid Cabbarlının “Gizli həqiqət. Nurçuluq və Səid Nursi gerçəkliyi” kitabında Nurçu hərəkatının yaranması, mahiyyəti, hədəfləri barədə söhbət açılır, hərəkatın banisi Səid Nursi, eyni zamanda “Hizmət” hərəkatının rəhbəri Fətullah Gülən haqqında bəhs edilir.

(Fotolar: İnteraz)



































Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə