Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mirşahin Ağayev evə buraxıldı
Mirşahin Ağayev evə buraxıldı
24 Yanvar 2016 / 16:33 / Baxış sayı: 1096
Font1 Font2 Font3 Font4

Xəbər verdiyimiz kimi, dünən ANS şirkətlər qrupunun vitse-prezidenti Mirşahin Ağayev səhhətində yaranmış problemlərlə bağlı xəstəxanaya yerləşdirilmişdi.

Mərkəzi Klinik Xəstəxanasından “Qafqazinfo”ya daxil olan məlumata görə, jurnalist artıq evə buraxılıb. Belə ki, Mirşahin Ağayev artıq özünü yaxşı hiss edir və həkimlərin məsləhəti ilə bu gün səhər xəstəxananı tərk edib.

**
07:08
ANS şirkətlər qrupunun vitse-prezidenti, əməkdar jurnalist Mitrşahin Ağayev yanvarın 23-də ürək tutması ilə 1№-li Klinik xəstəxanaya çatdırılmışdır.

Virtualaz.org saytı xəbər verir ki, axşam məşhur jurnalistin halı pisləşib və o, reanimasiya şöbəsinə keçirilib.

Xatırladaq ki, yanvarın 22-də Milli Teleradio Şurası ANS telekanalında yayımlanan, müəllifinin və aparıcısının məşhur telejurnalist Mirşahin Ağayev olduğu «Hesabat» verilişinin bir ay müddətinə dayandırılması barədə qərar qəbul etmişdi. Elə həmin gün Mirşahin Ağayev mətbuat konfransı keçirmiş və MTRŞ-nın qərarını qeyri-qanuni adlandıraraq, söz azadlığına və demokratiyaya zərbə kimi qiymətləndirmişdi. Prezident İlham Əliyevin vəziyyətə medaxiləsindən sonra Milli Teleradio Şurası qərarını dəyişmişdi.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə