Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ağstafadan Bakıya gələn sərnişin qatarına hücum: yaralılar var – FOTOLAR
Ağstafadan Bakıya gələn sərnişin qatarına hücum: yaralılar var – FOTOLAR
24 Yanvar 2016 / 21:03 / Baxış sayı: 298
Font1 Font2 Font3 Font4

Şəmkirdə bir qrup şəxs Ağstafanın Böyük Kəsik stansiyasından Bakıya gedən sərnişin qatarını daşa basıb. Hadisə nəticəsində qatarın 14 ədəd şüşəsi sınıb, 6 nəfər isə zərər görüb.
Gecə saatlarında baş verən xoşagəlməz hadisə Şəmkir rayonu ərazisində Zəyəm satansiyasından 500 metr aralda qeydə alınıb.  Stansiya növbətçisi Cavanşir Əsədovun verdiyi məlumata görə, Sabirkənd ərazisində bir neçə naməlum şəxs gözlənilmədən Bakı-Qazax-Böyük Kəsik qatarına daş və digər vasitələrdən zərbələr endirib, nəticədə qatar bələdçisi də daxil olmaqla 6 nəfər zərər çəkib.
Hadisə yerinə dərhal Şəmkir Təcili Tibbi Yardım stansiyasının əməkdaşları cəlb olunub. Zərərçəkənlərdən 3-nün həyacandan vəziyyəti pisləşib, onlara sakitləşdirici həblər verilib, qatar bələdçisi və 2 nəfər – 19 yaşlı Aynurə Nəbiyeva və 39 yaşlı Fuad Daşdəmirovun xəsarətləri ciddi olduğundan həkimlər stansiyada yaralılara yardım göstəriblər. Sonuncu iki nəfər atılan daşlardan bədən xəsarətləri alıblar.
Qeyd edək ki, qatar bir qədər geciksə də, sərnişinlər paytaxta rahat şəkildə yola düşə biliblər. Hüquq-mühafizə oraqanları hadisəni törədənlərin axtarışını davam etdirirlər.



Ağstafadan Bakıya gələn sərnişin qatarına hücum: yaralılar var – FOTOLAR yazısına 1 şərh yazıldı




Yuxarı Geri Ana səhifə