Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Məmurların qeyri-adi “bacarıqları”: bu keçidlər nə üçün tikilib? – FOTOLAR
Məmurların qeyri-adi “bacarıqları”: bu keçidlər nə üçün tikilib? – FOTOLAR
25 Yanvar 2016 / 1:11 / Baxış sayı: 260
Font1 Font2 Font3 Font4

Bakıda dövlət büdcəsindən ayrılan vəsaitlərin məmurlar tərəfindən aidiyyatı üzrə xərclənmədiyinin dəfələrlə şahidi olmuşuq.

Bəzən büdcə pulları ilə tikilən və vətəndaşların istifadəsi üçün nəzərdə tutulan keçidlər, səkilər qısa müddət ərzində yararsız vəziyyətə düşür, bəzən isə elə görülən iş ilk başdan yarımçıq qalır. Məsələn, paytaxtın mərkəzi küçələrində tikilən yeraltı keçidlər kimi.

Paytaxtın mərkəzi küçələrində quraşdırılan yeni aparatlar əslində fiziki məhdudiyyətli şəxslərin hərəkətini asanlaşdırmalıdır. Ancaq bizdə hələ ki, bu mümkün olmur. Səbəb aparatların açarla bağlı olması və yalnız nəzarətçinin icazəsi əsasında istifadə edilməsidir.

 

Bu dəfə danışacağımız mövzu quraşdırılan yeni və müasir aparatlarla bağlı deyil. Haqqında danışacağımız problem yeraltı piyada keçidlərində heç bir məntiqə sığmayan, məmurlarımızın qeyri-adi “ideyasının” məhsulu olan işlərdir.

 

Müasirləşən Bakının bəzi mərkəzi yerlərində tikilən yeraltı keçidlərdə əlillərin hərəkətini asanlaşdırmaq  üçün müasir aparatlar quraşdırılmasa da, keçidlərin bəzilərində panduslar salınıb.

Diqqət çəkən və daha çox da gülüş doğuran məsələ bu keçidlərin əcaib şəkildə hazırlanmasıdır. Məsələn, keçidin bir tərəfində əlil arabalarının hərəkəti üçün pandus var, digər tərəfində isə yox. Yəni, əlil keçidin bir tərəfindən düşə bilirsə, digər tərəfindən qalxa bilmir. Belə bir sual yaranır ki, “bu keçidlər hansı məntiqlə və niyə tikilib?”

Bu cür qeyri-adi keçidlərdən biri də Bülbül prospektində, Heydər Əliyev sarayının qarşısındadır. Bu yeratlı keçidə düşən əlil nə yolun digər hissəsinə keçə, nə də geri qayıda bilər.

Belə keçidlərdən bri isə Azərbaycan prospektindədir. Yeni salınan bu keçidlərdən fiziki məhdudiyyətli vətəndaşlar istifadə edə bilmir. Burada da bir tərəfdə pandus var, digər tərəfdə yox.

Nəticədə isə əziyyət çəkən fiziki məhdudiyyətli insanlar olur.(Musavat.com)

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə