Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Türk milyarder bayraqla dəfn olundu – VİDEO – FOTO
Türk milyarder bayraqla dəfn olundu – VİDEO – FOTO
25 Yanvar 2016 / 8:50 / Baxış sayı: 208
Font1 Font2 Font3 Font4

Türkiyənin ən varlı biznesmenlərindən olan “Koç” holdinq idarə heyətinin sədri Mustafa Koç ötən gün İstanbul şəhərində torpağa tapşırıldı. Milli.Az anspress-ə istinadən bildirir ki, Mustafa Koçun cənazə mərasimi “Koç” holdinqin mərkəzi binasında, daha sonra “Marmara” universiteti ilahiyyət fakultəsinin təlim məscidində baş tutub.

Cənazə mərasimində Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Əhməd Davudoğlu, anamüxalifət lideri Kamal Kılıçdaroğlu, nazirlər, millət vəkilləri, siyasətçilər və biznesmenlər iştirak edib.

Türkiyədə tabutun üstünə Quran ayələri yazılmış yaşıl örtük salmaq ənənsi olsa da Mustafa Koçun tabutunun üzərində olan tünd qırmızı örtük diqqəti cəlb edib. Bunun, daha sonra Osmanlı dövrünə aid bayraq olduğu, Mustafa Koçun anası Sadberk xanımın xatirəsinə yaradılmış muzeydən gətirildiyi bildirilib.

Bayrağın üstündə isə bu sözlər yazılıb: “Lə İləhə İlləllahul Məlikul Haqqul Mubin, Muhammədun Rasulullah Sadiqul və`dul Əmin!” (Açıq həqiqətin sahibi Allahdan başqa İlah yoxdur, Əmin və sözünün sahibi olan Muhamməd onun rəsuludur).

Mustafa Koçun cənazə işləri ilə məşğul olan din xadimi dəfn zamanı Qurani Kərim və duadan sonra Nəcib Fazil Kısakürəyin “Ölüm gözəldir” şeirini oxuyub:

“Ölüm gözəl şey budur pərdə ardından xəbər.
Heç gözəl olmasaydı ölərdimi peyğəmbər?

Öləcəyik müjdələr olsun, müjdələr olsun!
Ölümü də öldürən Rəbbə sədlərə olsun!

Qapı qapı yolun son qapısı ölümsə,
Hər qapıda ağlayıb, o qapıda gülümsə.

O dəmdə ki pərdələr qalxar, pərdələr enər,
Əzrailə, xoş gəldin – deyə bilməkdə hünər…”

Türkiyənin ən varlı biznesmenlərindən olan Mustafa Koç yanvarın 21-də evində idman edərkən keçirdiyi infarktdan 56 yaşında dünyasını dəyişib.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə