Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Xanım deputatın ərinin boğazını kəsdilər
Xanım deputatın ərinin boğazını kəsdilər
25 Yanvar 2016 / 8:56 / Baxış sayı: 520
Font1 Font2 Font3 Font4

Türkiyədə anamüxalifətçi Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Fatma Kaplan Hürriyetin həyat yoldaşı Murad Hürriyet bıçaqlı hücuma məruz qalıb. Hadisə Murad H. Ilə qaynı Emrah Kaplan arasında yaranmış mübahisə zəminində baş verib.

Ötən gecə Kocaeli vilayəti İsmit rayonunun Yəhya Kapitan məhəlləsindəki özəl bir xəstəxanada Murad H. Ilə Emrah K. Arasında naməlum səbəbdən mübahisə olub. Xəstəxanada yatan millət vəkilinin atası Şaban Kaplanın ziyarəti əsnasında baş vermiş hadsisə zamanı Emrah K. Murad H.ni qarnından və boğazından yaralayıb.

Yaralıya dərhal həmin xəstəxanada müdaxilə edilib və əməliyyat otağına aparılıb. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.  Şübhəli Emrah Kaplan isə polislər tərəfindən saxlanılaraq növbətçi hissəyə aparılıb. Saxlanılan Emrah Kaplanın psixoloji problemləri olduğu bildirilir. Hadisə barədə xəbər tutan millət vəkili Fatma Kaplan Hürriyət şoka düşüb. Faktla bağlı araşdırmalar davam edir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə