Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıya eniş etmiş Hindistan təyyarəsinin sərnişini ölüb
Bakıya eniş etmiş Hindistan təyyarəsinin sərnişini ölüb
25 Yanvar 2016 / 11:41 / Baxış sayı: 146
Font1 Font2 Font3 Font4

Bakının Heydər Əliyev beynəlxalq hava limanına məcburi eniş etmiş “Air India” aviaşirkətinə məxsus təyyarə bazar ertəsi səhər Mumbaya uçub.

Virtualaz.org saytı “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, London-Mumbay marşrutu üzrə uçan, göyərtəsində 246 sərnişin və 11 ekipaj üzvü olan Boeing Dreamliner (B787-800) təyyarəsi sərnişinlərdən birinin halı pisləşdiyindən məcburi eniş etmişdi.

Mətbuat Xidmətindən aldığımız məlumata göprə, Böyük Britaniya vətəndaşı olan 72 yaşlı sərnişin hələ təyyarə eniş etməmiş keçinibmiş. Meyitin təhvil verilməsi məsələsi yaxın saatlarda həll ediləcək.

Mətbuat Xidmətindən qeyd ediblər ki, təyyara Mumbaya səhər saat 07:00-da uçub.

***

11:04

Hindistanın “Air İndia” hava yollarına məxsus, London-Mumbai reysini həyata keçirən “Boeing 787-800” sərnişin təyyarəsi bu gecə Bakının Heydər Əliyev Beynəlxalq Aerportuna təcili eniş edib.

Virtualaz.org Hindistan agentliklərinə istinadən xəbər verir ki, buna səbəb təyyarənin sərnişinlərindən birinə təxirəsalınmaz tibbi yardımın göstərilməsi zərurəti yaranıb. Göyərtəsində 229 sərnişin olan təyyarə Heydər Əliyev Bakı Beynəlxalq Aeroportunda təcili eniş etmək üçün icazə istəyib. Bu icazə təmin olunub. Sərnişinə tibbi yardım göstəriləndən sonra təyyarənin yoluna davam edəcəyini və yerli vaxtla saat 13.00-də Mumbai aeroportuna çatacağı gözlənilir.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə