Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Daha 3 nardaranlının həbs müddəti başa çatıb
Daha 3 nardaranlının həbs müddəti başa çatıb
25 Yanvar 2016 / 11:43 / Baxış sayı: 164
Font1 Font2 Font3 Font4
Nardaranda inzibati qaydada həbs olunan daha 3 nəfər qəsəbə sakini azadlığa buraxılıb. Bu barədə Nardaran sakinləri məlumat verib. Məlumatda bildirilir ki, Nardaran hadisələrindən sonra ümumiyyətlə inzibati qaydada həbs olunan şəxslərin hamısının həbs müddəti başa çatıb və onlar azadlığa buraxılıb.

Qeyd edək ki, Nardaran hadisələrindən sonra inzibati qayda pozuntusuna yol verən 71 nəfər Nardaran sakini inzibati qaydada həbs olunmuşdu. Sonradan isə daha 3 nəfər barəsində inzibati həbs qərarı çıxarılmışdı. Ötən həftə inzibati həbs müddəti başa çatan 71 nəfər azadlığa çıxsa da, digər 3 nəfərin həbs müddəti başa çatmadığından onlar Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində saxlanılırdı.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə