Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Niyazi Bayramov niyə bərk narahatdır? HƏBS TƏHLÜKƏSİ…
Niyazi Bayramov niyə bərk narahatdır? HƏBS TƏHLÜKƏSİ…
25 Yanvar 2016 / 13:13 / Baxış sayı: 322
Font1 Font2 Font3 Font4

Bir neçə gün əvvəl Hesablama Palatasının apardığı yoxlamalar nəticəsində icra başçılarının külli miqdarda dövlət vasaitinin mənimsənilməsi faktı yuxarı dairələrdə ciddi müzakirə predmetinə çevrilib. Bu faktlar dovlət vəsaiti aşağı-yuxarı mənimsəyən icra başçılarının artıq kürkünə birə düşüb.

arxiv.bizimxeber.az-a daxil olan məlumata görə, çıxarılması gözlənilən və bunun fonunda daha çox narahat olan icra başçıları arasında Mingəçevirin rəhbəri Niyazi Bayramovun adı çəkilir. Palatanın açıqlamasından sonra icra başçısının sürət həddini aşan avtomobilinin görüntülənməsi və icra hakimiyyətindən verilən gülüş doğuran açıqlamalar yaranmış vəziyyəti bir qədər də çətinləşdirdi.

Mingəçevirdən redaksiyaya daxil olan məlumatda qeyd olunur ki, icra başçısı Niyazi Bayramov öz yaxın ətrafına yarım qalan problemləri təcili həll etməyi tapşırıb. Son 3 gündə iki dəfə Bakıya gələn icra başçısının yaranmış vəziyyəti düzəltmək cəhdləri heç bir fayda verməyib. Yəqin ki, prezident İlham Əliyevin Davos Sammitindən dönməsi ilə onun da icra başçısı postuna əlvida deyiləcək. Məlumatlara həmçinin Niyazi Bayramovun həbs olunması ehtimalı da qeyd olunur.

Məlumat üçün bildirək ki, I Avropa Oyunları zamanı avarçəkmə idman növü üzrə yarışlar Mingəçevir şəhərində keçirilmişdi. O zaman bildirilirdi ki, yarışların yüksək səviyyədə keçirilməsi üçün dövlət büdcəsindən külli miqdarda vəsait ayrılmasına baxmayaraq yarışın təşkili aidiyyatı qurumları razı salmayıb.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə