Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qərb Rusiyaya verdiyi sözə əməl edəcək (FOTO)
Qərb Rusiyaya verdiyi sözə əməl edəcək (FOTO)
25 Yanvar 2016 / 13:15 / Baxış sayı: 196
Font1 Font2 Font3 Font4

Yaxın aylarda Minsk sazişi həyata keçirilməlidir. Rusiyaya qarşı tətbiq edilən sanksiyalar bu ilin yayında aradan qaldırıla bilər.  Bu haqda Fransanın Energetika naziri Emmanuel MakronMoskva səfəri çərçivəsində rusiyalı iş adamları ilə görüşdə danışıb.

O bildirib ki, Minsk razılaşmalarının şərtlərinə əməl olunarsa, yaya qədər sanksiyalar ləğv ediləcək.

Fransanın Energetika naziri Emmanuel Makron

Bu fikirlər ABŞ Dövlət katibi Con Kerrinin Davos Dünya İqtisadi forumunda çıxışı zamanı da öz təsdiqini tapıb. Kerri Minsk razılaşmalarının şərtlərinin yerinə yetiriləcəyi təqdirdə sanksiyaların tezliklə ləğv ediləcəyini bildirib.

“Yaxın aylarda Minsk sazişi həyata keçirilməlidir. Bu, Rusiyaya qarşı ABŞ sanksiyalarının ləğv edilməsinə səbəb olacaq”, – deyə o əlavə edib.

“Bu həftənin əvvəli Davosda mən və ABŞ-ın vitse-prezidenti Co Bayden Ukrayna prezidentiPyotr Poroşenko ilə görüşdük ki, Minsk sazişinin yerinə yetirilməsinə tam nəzarətdə köməklik edək. Mən əminəm ki, hər iki tərəfin səyi və problemlərin legitim həlli Minsk sazişinin yerinə yetirilməsinə təkan verəcək ki, bu da sanksiyaların aradan qaldırılmasına səbəb olacaq”, – deyə katib əlavə edib.

Con Kerri ABŞ-ın Dövlət katibi

Qərb ölkələri 2014-cü ilin avqust ayından başlayaraq Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməyə başlayıb. Sentyabr ayında isə sanksiyaların əhatə dairəsi genişləndirilib. Silah, ikilitəyinatlı texnologiya mallarının idxal-ixracına embarqo tədbiq edilib.

Sanksiyaların məqsədi Rusiyanı Ukraynanın şərqində atəşkəs barədə Minskdə fevral ayında əldə olunmuş sazişə riayət etməyə məcbur etməkdir. Aİ və ABŞ sanksiyaları prezident Putinin çevrəsi, Rusiya dövlət bankları, Rusiya hərbiyyəsi və enerji şirkətlərinə qarşı tətbiq edilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə