Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Məktəbdə növbəti zorakılıq faktı: müəllimə şagirdi döydü
Məktəbdə növbəti zorakılıq faktı: müəllimə şagirdi döydü
25 Yanvar 2016 / 13:24 / Baxış sayı: 278
Font1 Font2 Font3 Font4

Qadın müəllimə azyaşlı şagirdin başından vurub və təhqir edib.

Azərbaycanda müəllim zorakılığını əks etdirən daha bir video yayılıb. Bu dəfə döyülmə faktı Abşeron rayonu, Xırdalan şəhəri 9 nömrəli məktəbdə qeydə alınıb. Məktəbdə ibtidai sinif müəllimi dərs başa saldığı qız şagirdin başına zərbə endirir. Daha sonra onu təhqir edərək yerinə oturmasını tələb edir. Müəllimə heç bir cavab verməyən balaca qız sakitcə parta arxasına keçir. Həmin hadisəni kənardan şagirdlərdən biri videoya çəkib. Həmin videonu sizə təqdim edirik:

Məsələ ilə bağlı Xırdalan qəsəbəsində yerləşən 9 nömrəli məktəblə əlaqə saxladıq. Adını açıqlamayan direktor müavini hadisədən xəbərdar olduqlarını bildirdi: “Hadisə noyabr ayında olub. Nədənsə, indi sosial şəbəkələrdə yer alıb. Müəllimənin vurduğu şagird onun qardaşı qızıdır. İnsident dərsdən sonra olub. Müəllimə iki başqa şagirdin valideynini gözləyərkən boş qalmamaq üçün şagirdlərə dərs keçmək fikrinə düşüb. Onlardan biri onun qardaşı qızı olub. Bu zaman hirslənərək onu vurub. Sinifdə cəmi 6 şagird olub, onun da ikisi öz uşağı, ikisi qardaşı qızları, ikisi başqa uşaq olub”, – deyə məktəbdən vurğuladılar.

“Kimin uşağı olmağından asılı olmayaraq, balaca bir uşağı vurmağa müəlliməyə kim ixtiyar verir”, – sualından boyun qaçıran və müəllimənin adını demək istəməyən direktor müavini telefonu üzümüzə qapamaqla kifayətləndi.

9 nömrəli məktəbdə baş verən bu hadisə ilə bağlı Təhsil Nazirliyi də maraqlanır. Nazirlikdən verilən məlumata görə, sosial şəbəkələrdə yayılmış video ilə bağlı hazırda araşdırma aparılır. Araşdırma başa çatdıqdan sonra nəticəsi barədə məlumat veriləcək.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə