Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Binə”nin sahibi çıxılmaz VƏZİYYƏTDƏ
“Binə”nin sahibi çıxılmaz VƏZİYYƏTDƏ
25 Yanvar 2016 / 15:44 / Baxış sayı: 508
Font1 Font2 Font3 Font4

Ya icarə haqlarını endirməli, ya da rəsmən iflas olduğunu etiraf etməlidir

Mərkəzi Bank milli valyutanın “üzən məzənnə” rejiminə keçməsi barədə qərar verdikdən sonra manatın dollar qarşısında kəskin dəyər itirməsi ölkədə iqtisadi çətinliklərlə müşayiət olundu. 

Böyük ticarət mərkəzlərində müşahidə olunan durğunluq, obyektlərin silsilə şəkildə icarəyə verilməsi elanları, az qala ölkədə total şəkildə qarşısıalınmaz neqativ iqtisadi tendensiyalara gətirib çıxardı. Heç şübhəsiz manatın bazarda sərbəst “üzə  bilməməsi” dolların dəyərini bir az da möhkəmləndirir və bundan da xırda bizneslə məşğul olanlar əziyyət çəkir.

Böyük maliyyə və iqtisadi kollapsda sıxılan ticarətçilər alverin olmamasından şikayətlənir və aldıqları malları maya dəyərindən də aşağı satmağa məcbur olurlar. Əhalinin pula qənaət məqsədi ilə üz tutduğu geyim malları, məişət avadanlıqlarının topdan və pərakəndə satışını həyata keçirən “Binə” ticarət mərkəzi isə artıq iflas olmaq həddinə çatıb.

Onsuz da əvvəldən böyük məbləğdə icarə haqqını çətinliklə verən “Binə”dəki sahibkarlar devalvasiya dalğasından daha çox zərər çəkdilər. Fantastik məbləğdə yerpulu, milli valyutanın kəskin ucuzlaşması, alverin “ölməsi”. Bütün bu problemlər paralel şəkildə “Binə” ticarətçilərinin yaxasından əl çəkmir. Belə bir məqamda sözügedən ticarət mərkəzində məişət dili ilə desək, alverçilərin əlində olan-qalanını icarə üçün verməsi də təbii ki, müşkülə çevrilir.

Artıq icarə haqlarını almaq elə çətinləşib ki, məsələyə medianın yaxşı tanıdığı “Binə” ticarət mərkəzinin rəhbəri  Kəbirə Məmmədovanın şəxsən özü müdaxilə etməli olub.

“Binə” ticarətçilərinin Modern.az saytına verdiyi məlumata görə, Kəbirə Məmmədova bir-bir icarəyə verdiyi yerlərə gələrək, sahibkarlardan icarə haqqının ödənilməsini istəyib. Lakin alverçilər problem üstünə problemin gəldiyini qeyd edərək, bu pulu verə bilmədiklərini söyləyiblər.

Artıq düşünmək olar ki, Kəbirə Məmmədova dilemma qarşısındadır: ya icarə haqlarını endirməli, ya da başçılıq etdiyi böyük bir obyektin rəsmən iflas olduğunu etiraf etməlidir. Düzdür, indiki vaxtda icarə pullarının aşağı salınması o qədər də ağlabatan görünmür, çünki, bundan iri biznesmen olan Kəbirə Məmədovanın özü də qazanclı çıxmaz.

Amma başqa alternativ yol da yoxdur. Çünki alverçilər onun rəhbərlik etdiyi obyektdən çıxsalar, belə bir vəziyyətdə kimsə icarəyə yer götürmək üçün müraciət etməyəcək. Hər şeyin xeyirlisi… Təki, proseslər təbii şəkildə elə tənzimlənsin ki, bundan nə böyük biznesmenlər, nə də kiçik və orta sahibkarlar itirsin…

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə