Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“20-ci sahə”də “qaz aksiyası”: Sakinlər nə istəyir?
“20-ci sahə”də “qaz aksiyası”: Sakinlər nə istəyir?
25 Yanvar 2016 / 15:58 / Baxış sayı: 336
Font1 Font2 Font3 Font4

Səbayel rayonu, Arif İsmayılov küçəsinin sakinləri qazın verilməməsinə etiraz olaraq bu gün “20-ci sahə”də aksiya keçirirlər. Bu barədə virtualaz.org saytına sakinlər məlumat veriblər.

Onların sözlərinə görə, hazırda 200-dək sakin qaz verilişinin bərpa olunmasını tələb edir. Onlar 2 aydan çoxdur qazın verilmədiyini deyirlər.

Hadisə yerinə Səbayel Rayon İcra Hakimiyyətinin nümayəndələri və polislər gəlib. İcra hakimiyyətinin nümayəndələri “Azəriqaz” İstehsalat Birliyi ilə əlaqə saxlayıblar. Birlikdən ərazidə təmir işləri aparıldığını, amma axşama qədər qazın veriləcəyini söyləyiblər. İcra hakimiyyəti sakinlərdən problemin həll olunması üçün vaxt istəyib. Buna baxmayaraq, 50-dən çox sakin küçədə gözləyəcəyini deyib.

Hazırda aksiya davam edir.

arxiv.bizimxeber.az

zi



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə