Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Vəkil: Cahangir Hacıyev ev yeməkləri yeyir
Vəkil: Cahangir Hacıyev ev yeməkləri yeyir
25 Yanvar 2016 / 16:54 / Baxış sayı: 364
Font1 Font2 Font3 Font4

“Ev dustaqlığına buraxılması üçün apelyasiya şikayəti verəcəyik”. “Kürdəxanıdakı 1 saylı İstintaq Təcridxanasında saxlanan Cahangir Hacıyevə evlərindən aparılan yeməklərin verilməsinə icazə verilib. Artıq ona ailə üzvləri də yeməklər aparır”.

Bu barədə sabiq bankirin hüquqlarını müdafiə edən vəkil Aqil Layicov məlumat verib. Onun sözlərinə görə, Hacıyevin səhhəti normallaşıb, hazırda dərmanlarını qəbul edir və vəziyyəti yaxşıdır: “Müvəkkilim özünü yaxşı hiss edir. Yaxın zamanlarda ev dustaqlığına buraxılmasına dair apelyasiya şikayəti verilməsi üçün Cahangir müəllimlə görüşəcəm. Onun da razılığı olsa ev dustaqlığına buraxılması üçün apelyasiya şikayəti verəcəyik”, – deyə A. Layicov bildirib.

Aqil Layicov- Cahangir Hacıyevin hüquqlarını müdafiə edən vəkil

Beynəlxalq Bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyev ötən ilin dekabr ayının 5-də həbs edilib. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

C.Hacıyevə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat ximətinin məlumatında bildirilirdi ki, C.Hacıyev DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi saxlayıb.

Sabiq sədr mart ayının 18-də istefa verib. Bununla bağlı bank özü açıqlama yayıb.

Sabiq sədr bir neçə dəfə DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb.


Cahangir Hacıyev- Beynəlxalq bankın sabiq rəhbəri

C. Hacıyev ilk dəfə may ayının 20-də Azərbaycanda “Beynəlxalq Bank”a krediti olan bir neçə məşhur iş adamı ilə birgə saxlanılmışdı.

Vəzifəsindən azad edilən Milli təhlükəsizlik naziri Eldar Mahmodovun qudası – Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə sonuncu dəfə oktyabr ayının 19-da “Bandotdel”-ə çağırılıb.
Cahangir Hacıyev “Bandotdel”ə çağırılsa da həbs edilməyib. O, ancaq ifadə verib.

Beynəlxalq Bankın sabiq rəhbəri “kredit oliqarxları”nın işi ilə əlaqədar çağırılıb və sorğu-sualdan sonra dərhal da azad edilib.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə