Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Şura Qəbələdə QHT-lər üçün  təlim keçirib
Şura Qəbələdə QHT-lər üçün  təlim keçirib
25 Yanvar 2016 / 19:15 / Baxış sayı: 206
Font1 Font2 Font3 Font4

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Qəbələdə QHT-lərə layihə təkliflərinin hazırlanması, monitorinqi və qiymətləndirmə metodları, büdcə xərclərinin idarə edilməsi, ictimai problemlərin müəyyənləşdirilməsi və onların həllinə yeni yanaşmalar mövzularında təlim təşkil edib.

Toplantıya Qəbələ, Göyçay, Şəki və Oğuz rayonlarında fəaliyyət göstərən 25 QHT-nin rəhbəri və mühasibləri qatılıb.

Şura Katibliyinin məsləhətçisi Həsən Səmədov çıxış edərək layihə təkliflərinin hazırlanması, monitorinq və qiymətləndirmə metodları, ictimai problemlərin müəyyənləşdirilməsi və onların həllinə yeni yanaşmalar, QHT şəbəkəsi üçün səmərəli idarəetmə mövzuları haqqında iştirakçılara ətraflı məlumat verib.

Şura Katibliyinin məsləhətçisi Toğrul Turabov layihələrdə nəzərdə tutulan xərclər smetasının tərtib edilməsi, 2016-cı ildə Vergilər Məcəlləsinə edilmiş dəyişikliklər, DSMF və Maliyyə Nazirliyinə təqdim ediləcək hesabatlar və “e-qht” elektron proqram təminatı barədə çıxış edib.

Şura Katibliyinin əməkdaşları sonda layihə hazırlığı prosesi və hesabatın təqdim edilmə qaydaları zamanı QHT-lərin qarşılaşdığı çətinliklərlə bağlı sualları cavablandırıblar.

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə