Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ağcabədi sakini borca görə özünü asdı
Ağcabədi sakini borca görə özünü asdı
26 Yanvar 2016 / 12:37 / Baxış sayı: 230
Font1 Font2 Font3 Font4

Üç uşaq atasının meyitini ailəsi aşkarlayıb. Ağcabədidə intihar hadisəsi baş verib. Hadisə ötən gün rayonun Səməd Vurgun küçəsində qeydə alınıb.

237 saylı evdə yaşayan rayon sakini Zeynal Namazov özünü asıb. 40 yaşlı Zeynal Namazov Səlim oğlunun meyiti ailə üzvləri tərəfindən aşkar edilib. Qonşuların sözlərinə görə, Zeynal Namazov borcu olduğuna görə həyatına qəsd edib. Onun üç övladı var. Hazırda faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır. İntiharın dəqiq səbəbləri də araşdırmalardan sonra məlum olacaq.

Bənzər hadisə son bir neçə dəfə baş verib. Bir neçə gün öncə Gəncədə intihar hadisəsi baş verib. Şəhər sakini 1983-cü il təvəllüdlü Kamal Hüseyn oğlu Yaqubov özünü yaşadığı evin həyətindəki ağacdan asıb. Kamal Yaqubovun külli miqdarda borcu olduğu və bu səbəbdən intihar etdiyi ehtimal edilir.

İntihar edən şəxsin iki azyaşlı övladı var və o, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin inspektoru olub.


Kamal Yaqubov – özünü asan şəxs

Yanvar ayının 6-da Pirallahıda 1966-cı il təvəllüdlü Ələmdar Oruc oğlu Salamov özünü yaşadığı evin həyətindəki yarımtikilidən asıb. İlkin ehtimal kimi Ələmdar Salamovun külli-miqdarda borcu olduğu, buna görə belə bir addıma əl atdığı bildirilir. Özünü asan kişi ailəli olub və heç bir psixi problemləri olmayıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə