Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıətrafı qəsəbələr və paytaxtın bir sıra küçələri işıqsızdır
Bakıətrafı qəsəbələr və paytaxtın bir sıra küçələri işıqsızdır
26 Yanvar 2016 / 13:32 / Baxış sayı: 166
Font1 Font2 Font3 Font4

Əhaliyə kommunal xidmət göstərən qurumların fəaliyyətini qiymətləndirmək üçün havaların soyuması və qarın yağmasını gözləmək lazımdır. Bakıya qar yağan kimi vətəndaşlar işıq, qaz problem yaşayır. 

Dünəndən yağan qar Bakıətrafı kənd və qəsəbələri işıqsız qoyub. Sakinlər Virtualaz.org saytına bildiriblər ki, dünəndən Bülbülə, Mərdəkan qəsəbələrinə, eləcə də Məhəmmədi, Hökməli kəndlərinə işığın verilməsində fasilələr yaranıb.

Zığ qəsəbəsinə verilən işıq isə o qədər zəifləyib ki, televizor, soyuducu işləməyib. Xətai rayonu, Gəncə prospekti, 16-da və ətraf binalarda, Xudu Məmmədov küçəsində, Binəqədi rayonunun bəzi hissələrində isə hələ də işıq yoxdur.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin qəza və “qaynar xətt” xidməti telefonlara cavab verməyib. Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevə edilən müraciət də nəticəsiz qalıb.

*   *   *10:12

Dünən Bakıya qarın ilk dənələri düşməyə başlayan kimi paytaxtın elektrik enerjisi təhizatında da problemlər dərhal özünü göstərməyə başlayıb.

Əməkdaşımız xəbər verir ki, yanvarın 25-də axşam saatlarından etibarən Bakının Suraxanı rayonunun bir çox qəsəbələrində, o cümlədən Bül-Bülə qəsəbəsi, S.Əliyev massivində işıqlar əvvəlcə yanıb-sönməyə başlayıb. Daha sonra tamam sönüb. Bir neçə saatdan sonra elektrik enerjisinin verilməsi bərpa olunub, ancaq olduqca aşağı gərginlikdə, lampaları güclə közərdəcək qədər…

Bu qəsəbələrdə elektrik enerjisinin kəsilməsi həm də istiliyin olmaması deməkdir. Çünki fərdi evlərin əksəriyyəti kombilərlə qızdırılır.

Sakinlər deyir ki, belə hadisə ilk dəfə deyil baş verir. Son 3-4 ildə qış mövsümündə hər dəfə qar yağanda, yaxud külək əsəndə həmin ərazilərdə işıqlar gah günlərlə sönür, gah közərir. Hərçənd ki, paytaxtın ətraf qəsəbələrinin elektrik enerjisi ilə təchizatı illər əvvəl tamamilə yenilənmişdi və prinsipcə, problemlər ötən əsrin 90-cı illərinin ortalarında olduğu kimi, bu cür intensiv xarakter almalı deyildi.

Problem həm də bundadır ki, elektrik enerjisinin təminatında problemlər yaranan kimi “Azərişıq”ın abonentlərin müraciətlərinə cavab verməli olan telefonları da “sönür”. Bül-Bülə qəsəbəsi, S.Əliyev massivinin sakinləri deyir ki, onlar axşamdan bəri nə “Azərişıq”ın 199 Qəza Xidmətinə, nə texniki sahə üzrə 440 29 21 nömrəli qaynar xəttinə, nə Suraxanı ETSİ-nin telefonlarına zəng edə bilmirlər. Bundan əvvəl də paytaxtın elektrik enerjisi ilə təchizatında problemlər yaranan kimi “Azərişıq”ın telefonları zəngləri qəbul etmirdi. Görünür bu, “Azərişıq”da abonentlərin kütləvi xarakter alan şikayətlərindən qaçmaq üçün ən sərfəli metoddur…



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə