Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nazir qanunsuz vergi ödətdirilən sahibkarlara çıxış yolu göstərdi
Nazir qanunsuz vergi ödətdirilən sahibkarlara çıxış yolu göstərdi
26 Yanvar 2016 / 15:49 / Baxış sayı: 436
Font1 Font2 Font3 Font4

Vergilər naziri Fazil Məmmədov vergi sahəsində qanunsuzluqlarla üzləşən sahibkarları Vergilər Nazirliyinə, Baş Prokurorluğa və məhkəmələrə müraciət etməyə çağırıb. 

Bu gün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans çərçivəsində keçirilən vergi sahəsi üzrə seksiyada çıxış edən nazir deyib ki, Vergi Məcəlləsinin 60-cı maddəsi mübahisəli hallarda sahibkarların lehinə qərar çıxarılmasını özündə ehtiva edir.

“Heç kim qanunla hesablanan vergidən əlavə sahibkardan əlavə vergi tələb edə bilməz”, – deyə F.Məmmədov bildirib.

Nazir 2015-ci ildə sahibkarların 907 milyon manatlıq verginin qanunsuz alınması iddiası ilə bağlı məhkəmələrə müraciət etdiyini xatırladıb: “Bu iddialar üzrə 97% vəsaitin ya tam, ya da qismən qanuni vergi olması barədə qərar verilib, yalnız 3% vəsaitlə bağlı fərqli qərar çıxarılıb.

Mən bir daha əlavə, qanunsuz vergi alındığını düşünən sahibkarlardan xahiş edirəm ki, Vergilər Nazirliyinin Apelyasiya Şurasına, Baş Prokurorluğa, yaxud məhkəmələrə müraciət etsinlər. Əgər haqlıdırlarsa, onların hüquqları bərpa olunacaq”.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə