Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Kəmaləddin Heydərov “Gilan Holdinq”-i niyə yoxlatdırır?
Kəmaləddin Heydərov “Gilan Holdinq”-i niyə yoxlatdırır?
26 Yanvar 2016 / 16:20 / Baxış sayı: 3860
Font1 Font2 Font3 Font4

Hesablama Palatasının ölkənin dövlət və özəl müəssisələrində apardığı yoxlamalar artıq bəzi qurumları və iri ranqlı biznesmen məmurları ciddi narahat etməkdədir. Ötən həftə sonu sözügedən qurumun bir neçə icra hakimiyyətində apardığı yoxlamaların gözlənilməz nəticələrinin ictimaiyyətə çılpaqlığı ilə açıqlanması ciddi siqnallar kimi qiymətləndirilməlidir.

Bu prossesə “qızım sənə deyirəm, gəlinim sən eşit” prizmasından yanaşmaq kökündən səhvdir və görünən odur ki, yoxlamalar davam etdiriləcək, talanan milyonların aqibəti ortaya çıxacaq, günahkarlar müəyyənləşəcək. Hələlik milyonları talayan icra başçılarının adları açıqlanıb və yəqin ki, yaxın gələcəkdə daha doğrusu, Davos Sammitindən sonra onlarla bağlı qərar veriləcək. Əlbətdə, siyahı böyüyəcək və daha hansı icra başçılarının, nazirlərin dövlətin milyonlarını necə talaması ortaya çıxacaq.

Məlum olduğu kimi, Azərbaycanda ən böyük, kapital dövriyyəsi milyonlarla ölçülən şirkətlər və biznes şəbəkələri fəaliyyət göstərir. Heç kimə də sirr deyil ki, bu biznesin arxasında sadə insanlar deyil, daha iri ranqlı məmurlar, nazirlər dayanır. Məsələn Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov kimi… Zaman-zaman ölkə mediasında böyük biznes şəbəkəsinə, ölkənin iqtisadi həyatında yaxından iştirak edən şirkətlərin fövqəladə hallar naziri Kəmalləddin Heydərova və onun ailəsinə məxsus olduğu yazılıb, deyilib.

Əslində burada qeyri adi və ya gizlədiləsi məqam yoxdur. Heydərov artıq biznesmen məmur kimi tanınmaqdadır və onun biznes şəbəkəsi devolvasiya dövründə belə ziyana, iflasa uğramadı. Nəzərə alsaq ki, devolvasiya ölkədəki bütün biznes strukturlarına kifayət qədər ziyan vurdu və bunun fonunda Heydərova məxsus şirkətlər hələ də dayanır. Media Holdinqlər böyük biznesin müdafiəçisi rolunda…

Həmçinin böyük media layihələrin yaradılmasına və bu yolla özünə böyük media dəstəyi əldə edən nazir Heydərov mətbuatla biznes şəbəkəsini sintez etməyi də bacardı. Əlbətdə böyük bizneslə məşğul olan şəxslərin nəzarətində özünə dəstəkçi medianın olması və ya bu yolda əngəl yaradan kiçik medianın kiçik maliyyə ilə əla alınması o qədər də çətin iş deyildi və onlar bunu da bacardılar. Çox qısa bir zamanda nazir, bəstəkar, biznesmen Heydərov böyük gücə, qüdrətli və qismən yardımsevən Kəmaləddin Heydərova çevrildi. İndi onun nəzarətində olduğu deyilən biznes şəbəkələrini sadalamaqla bitirmək olmaz…

“Gilan Holdinq”

“Gilan Holdinq” – 1992-ci ildən Azərbaycanda iri miqyaslı layihələrə sərmayə yatırır. Şirkət Azərbaycan iqtisadiyyatının dünya bazarında iştirakını təmin etməklə məhsul çeşidliliyinin və keyfiyyətinin optimallaşdırılmasına çalışır və bu istiqamətdə səylərini əsirgəmir. Baş ofisi Bakıda yerləşən “Gilan Holdinq” ən yeni texnologiyaların tətbiqinə və istehsal prosesinin səmərəliləşdirməsinə xüsusi diqqət yetirir. “Gilan Holdinq” üç əsas biznes sahəsi üzrə fəaliyyət göstərir.

Bunlar İNŞAAT, TURİZM, KƏND TƏSƏRRÜFATI, LOGİSTİKA və GÜNDƏLIK TƏLƏBAT MALLARI (FMCG) sahələrini əhatə edir.

Gilan Tikinti

GILAN HOLDING-in tikinti sektoru

“INSPECTİON DEVELOPMENT MONİTORİNG”,

“QƏBƏLƏ ASFALT ZAVODU”,

“QƏBƏLƏ TİKİNTİ MƏHSULLARI MÜƏSSİSƏSİ”,

“QARADAĞ KƏRPİC ZAVODU”,

“GİLAN SERAMİK ZAVODU”,

“GİLAN & KNAUF”,

“GİLAN PACİFİC”,

“İNŞAAT LOTOS”

 Gilan Turizm

“QƏBƏLƏND İSTİRAHƏT VƏ ƏYLƏNCƏ PARKI”,

“GİLAN TURİZM”,

“QƏBƏLƏ OTELİ”,

“GİLAN OTELİ”,

“YENGİCƏ İSTİSU SAĞLAMLIQ MƏRKƏZİ”,

“HEYDƏR ƏLİYEV ADINA KONQRES MƏRKƏZİ”,

“KEMPİNSKİ HOTEL”,

“BADAMDAR QAFQAZ BAKU CİTY HOTEL & RESİDENCES”,

“QAFQAZ PARK HOTEL”, “QAFQAZ RESORT HOTEL”,

“QAFQAZ POİNT HOTEL”,

“QAFQAZ RİVERSİDE RESORT HOTEL”,

“QAFQAZ SPORT HOTEL”,

“QAFQAZ SAHİL HOTEL”,

“CRESСENT HOTEL”.

Gilan Sənaye

“AGRO-AZƏRİNVEST”,

“BAKI CD EMALI ZAVODU”,

“QƏBƏLƏ FINDIQ EMALI ZAVODU”,

“GİLAN AGROTECH”,

“BELTMANN PİANO ZAVODU”,

“QƏBƏLƏ KONSERV ZAVODU”,

“LƏNKƏRAN KONSERV ZAVODU”,

“GİLAN LİFT ZAVODU”,

“GİLAN DƏYİRMANLARI”,

“GİLAN ZEYTUN”,

“GİLAN PLASTİK”,

“GİLAN SERVİS”,

“GİLAN DƏRİ EMALI ZAVODU”,

“GİLAN ÇAY İSTEHSALI”,

“GİLAN TEKSTİL PARKI” və sairələr…

Bu siyahı yalnız “Gilan Holdinq”ə aid olan bir hissədir. Göründüyü kimi, Holdinq Azərbaycan və beynəlxalq məkanda bütün sahələri əhatə edir. Bütün bunlarla yanaşı Azərbaycanda un və un məhsullarının, çörək bazarının Heydərovun nəzarətində olması faktı bir daha onun hansı gücə malik olduğunu göstərir.

Bir sözlə Kəmaləddin Heydərov indi gücdür… Amma təbii ki, devolvasiya, bir sıra sahələrin ölkə prezidenti İlham Əliyevin konkret sərəncamları və iradəsi ilə monopoliyadan çıxarılması, vergi ödəmələrinə ciddi nəzarət, artıq başlanan audit yoxlamaları təbii ki, Holdinqin işində geriləmələrə gətirib çıxaracaq. Bu labüddür və böyük biznes qaydaları bəzən dövlətin qanunları ilə anlaşmır. Bu bir beynəlxalq və yazılmayan qaydadır.

Biznes o zaman böyük olur ki, orda hansısa görünməyən məqamlar var. Əslində bu məqamlar Azərbaycanda son bir aya kimi çılpaqlığı ilə görünürdü. Vergidən yayınma və ya butövləşdirilmiş vergi, gömrük postlarında monopoliya, auditsiz zaman və nəticədə qazanılan milyardlar. Amma bu gün nə zaman o zaman deyil, nə də qaydalar o qaydalar. İlham Əliyev artıq bütün məqamlara ciddi və şəxsən özü nəzarət edir və dəfələrlə bəyan edib ki, kiminsə yalnış addımı həbsi və ya vəzifəsini itirməsi ilə nətəcələnəcək…

Nəticə göz qabağındadır. At oynadan biznesmen məmurlar, böyük biznesin monopoliyadan yararlanan “kral”ları nə edəcəklərini bilmir… Sistemsiz, monopoliyanın gətirdiyi sayı bilinməz milyard axını və nəticədə dayağı olmayan böyük bizneslər bir dəqiqədə yox olur…

Üstəlik daha ciddi problemlər – audit yoxlamalar, vergi ödəmələrinin miqdarı və biznesin istiqaməti…

Burda deyirlər yaman yerdə axşamladız, cənab monopolistlər… Təbii ki, bu yoxlamalar “Gilan Holdinq”indən də yan keçməyəcək. Kəmaləddin Heydərov vəziyyətin ürəkaçan olmadığını başa düşür. Bu səbəbdən də günlərdir “Gilan Holdinq”-də yoxlamalar başlayıb.

arxiv.bizimxeber.az-ən redaksiyasına daxil olan məlumatlarda qeyd olunur ki, indiki audit yoxlamasını Hesablama Palatası həyata keçirmir. Nə qədər qəribə olsa da , indi Gilan Holdinqi oğul Heydərov özü yoxlatdırır. Önləyici tədbir olaraq nazir oğlu Taleh Heydərovun nəzarəti altında Bakıya gətirilən avropalı auditorlar şirkətlərdə olduqca ciddi audit hesablaması həyata keçirir.

Bunun Azərbaycan Hesablama Palatasının yoxlamasının önlənməsi üçün atıldığını deyən mənbə bildirir ki, yoxlamalar olduqca qapalı və dar çevrədə həyata keçirilir. Bütün vergi ödəmələr, ölkəyə gətirlən məhsulların gömrük bəyənnamələri, brokerlərlə işin şəffavlığı (əsas məsələ budur) yoxlanılır və illərdir yığılıb qalanlar sənədləşdirilir qaydaya salınır.

Bir sözlə, oğul Heydərov atasının böyük yoxlamadan təmiz çıxarmaq üçün Avropadakı dayaqlarından, tanınmış, ekspert və maliyyəçilərdən yararlanır… Məlumatlarda qeyd olunur ki, yoxlamalar o qədər ciddi aparılır ki, şirkətə məxsus avtomobillərin nömrələri Dövlət Yol Polisinə göndərilir və radarlar müəyyənləşdirlir. Radarı olan avtomobillərin sürücülərinə cərimələr ödətdirilir. Yaxın günlərdə Holdinqin balansından maliyyələşən media qurumlarının bir neçəsinin baglanması və ya birləşdirilməsi qaçılmazdır.

Həmçinin şirkətlərdə işçilərlə bağlanan bir aylıq (?) müqavilələrin hələlik dayandırılması planlaşdırılıb. Artıq əksər işçilərə 1 aylıq müqavilənin bağlanmayacağı ilə bağlı məlumat verilib. Bunu məlum böhranla əlaqələndirsələr də, əslində səbəblər başqadır. Bu işçilər şirkətlərdə daxili müqavilə ilə işləyib və onların işindən nə verginin, nə DSMF-nin nə də diğər bir qurumun xəbəri olub.

Bir sözlə, yaxın zamanda Azərbaycanın Hesablama Palatası öz yolunu “Gilan Holdinq”-dən salacaq. Yəqin ki, daha ciddi komanda və daha şəffaf yoxlama qaydaları ilə… Bu isə indiki məqamda Azərbaycana və hətta Kəmaləddin Heydərova daha çox lazımdır. Çünki, kimin kimdən para çalmasının ortaya çıxması zamanı artıq çatıb…

Ədil Hüseynli
arxiv.bizimxeber.az



Kəmaləddin Heydərov “Gilan Holdinq”-i niyə yoxlatdırır? yazısına 1 şərh yazıldı




Yuxarı Geri Ana səhifə