Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

MTRŞ-in ANS-ə qarşı işi birinci instansiyaya qaytarıldı
MTRŞ-in ANS-ə qarşı işi birinci instansiyaya qaytarıldı
26 Yanvar 2016 / 17:15 / Baxış sayı: 262
Font1 Font2 Font3 Font4

Bu gün Bakı Apellyasiya Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı apellyasiya şikayətləri üzrə məhkəmə iclasları keçirilib.  Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə Qərara əsasən, Səbail Rayon Məhkəməsinin qərarını ləğv edib, apellyasiya şikayəti qismən təmin olunub. İş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilib.

Bu gün həmçinin Hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə ANS-in müdafiəçisi Ramin Əliyev çıxış edib. O, məhkəmədən Səbail Rayon Məhkəməsində çıxarılan qərarın ləğv edilməsini istəyib. Məhkəmə Səbail Rayon Məhkəməsinin qərarını ləğv edib, apellyasiya şikayəti qismən təmin olunub. İş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilib.

Qeyd edək ki, ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru Mirşahin Ağayev MTRŞ-nın çıxardığı və Şuranın sədri Nuşirəvan Məhərrəmovun imzaladığı 5 oktyabr 2015-ci il tarixli – 09/3 saylı, 09/4 saylı, 09/6 saylı, 09/7 saylı və 13 oktyabr 2015-ci il tarixli 10/2 saylı inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsi tələbi ilə Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə həmin iddiaları təmin etməyib. Qərardan narazı qalan şirkətin baş direktoru M.Ağayev apellyasiya şikayətləri ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə