Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Aleksandr Jilkin “Dostluq” uşaq bağçasını ziyarət edib
Aleksandr Jilkin “Dostluq” uşaq bağçasını ziyarət edib
27 Yanvar 2016 / 14:14 / Baxış sayı: 132
Font1 Font2 Font3 Font4

Həştərxan vilayətinin qubernatoru vəsait Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan “Dostluq” uşaq bağçasını ziyarət edib. 

Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin Həştərxanda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa olunmuş “Dostluq” uşaq bağçasını ziyarət edib.

Səfərin məqsədi – fəaliyyətinin ilk ili ərzində qurumun fəaliyyətini yoxlamaq olmuşdur.

Qubernatorla bərabər uşaq bağçasını Həştərxan şəhəri Administrasiyasının rəhbəri O.A.Polumordvinov, Həştərxan vilayətinin Beynəlxalq və Xarici İqtisadi Əlaqələr naziri D.Afanasyev, Həştərxan vilayətinin Təhsil və elm naziri V.A.Gutman və Ümumrusiya Azərbaycan Konqresinin regional bölməsinin sədri Ə.A.Hüseynov ziyarət edib.

Qonaqlar uşaq bağçasının ərazisində yerləşən bütün otaqlarda olmuş və uşaqlar üçün yaradılmış şərait ilə tanış olmuşlar. Yoxlama nəticəsində bütün bağçanın kollektivinin fəaliyyəti yüksək qiymətləndirilib. Səfərin sonunda Aleksandr Jilkin bağçanın kollektivinə işlərində müvəffəqiyyətlər arzuladı.

Qeyd edək ki, Həştərxanda Ulu Öndər Heydər Əliyevin adını daşıyan 11 nömrəli orta məktəbin nəzdində inşa edilmiş “Dostluq” uşaq bağçasının açılışı 29 sentyabr 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə baş tutub.

140 yerlik bağçada həm Həştərxanda yaşayan azərbaycanlı, həm də yerli ailələrin uşaqları təlim-tərbiyə alırlar. Ümumilikdə bu məktəbəqədər təhsil müəssisəsində 2-6 yaş arasında uşaqlar üçün 6 qrup nəzərdə tutulub. Bağça bütün zəruri avadanlıq və inventarla təchiz edilib. Uşaqlar üçün yaradılan idman və musiqi zalları, digər otaqlar ən müasir tələblər səviyyəsində qurulub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə