Bundan əvvəl 38 yaşlı Ozoda xarici işlər nazirinin müavini vəzifəsində çalışıb. Tacikistan prezidentinin 9 uşağından biri Ozoda Corctaun Merilend universitetlərinin məzunu və 5 uşaq anasıdır. Onun həyat yoldaşı Camoliddin Nuraliyev ölkənin milli bankının rəhbərinin birinci müavinidir. Prezidentin böyük oğlu Rustam Emoməli Tacikistanın antikorrupsiya təşkilatının rəhbəridir.
Tacikistan prezidenti post-sovet ölkələri prezidentləri arasında ən çoxuşaqlı atadır.


Emoməli Rahmon qızı Ozoda Rahmonu “Şərəf” ordeni ilə təltif edir

Bir müddət əvvəl Tacikistan hakimiyyəti prezident Rahmon Emoməliyə ölkədə keçirilən prezident seçkilərində ömürlük iştirak etmə hüququ verilməsinə dair refendumun keçirilməsini planlaşdırdıqlarını açıqlayıb.

Bundan əlavə ölkə konstitusiyasına edilən dəyişikliyə görə, prezident seçkilərində namizədlərə qoyulan yaş senzi aradan qaldırılıb. Daha əvvəl Tacikistanda prezident seçkilərində 30-35 yaş arası insanlar iştirak edə bilərdilər. Müşahidəçilər əmindirlər ki, bu dəyişikliklər prezidentin oğlu Rustam Emoməliyə görə edilib.

Tacikistanda növbəti prezident seçkiləri 2020-ci ildə baş tutacaq və həmin zaman Rustamın 33 yaşı tamam olacaq. Qüvvədə olan qanunvericiliyə görə, Rustam Emoməli prezident postu üçün mübarizə apara bilməyəcək, amma referendum nəticəsində o da, atası da prezident seçkilərinə qatılacaq.


Emoməli Rahmon – Tacikistan prezidenti

64 yaşlı Emomali Rahmon 1992-ci ilin noyabrından Tacikistan Respublikasının Prezidentidir. Eyni zamanda Tacikistan Demokratik Xalq Partiyasının lideridir. 1971-1974-cü illərdə Sovet Silahlı Qüvvələrində xidmət edib. 1982-ci ildə iqtisadiyyat üzrə bakalavr dərəcəsi ilə dövlət universitetindən məzun olub. 1976-1988 illərdə Kulob rayonu Dangara bölgəsində kollektiv təsərrüfat ittifaqı komitəsinin sədri olub. Həmçinin o zamanın hakimiyyət qurumlarında müxtəlif vəzifələrdə çalışıb.