Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Sovetski”də aparılan köçürmə və söküntü ilə bağlı – SON VƏZİYYƏT
“Sovetski”də aparılan köçürmə və söküntü ilə bağlı – SON VƏZİYYƏT
27 Yanvar 2016 / 14:45 / Baxış sayı: 320
Font1 Font2 Font3 Font4

Bakının “Sovetski” məhəlləsində aparılan köçürmə və söküntü ilə bağlı son durum açıqlanıb.

Bakı şəhərinin Baş planına əsasən şəhərdə aparılan yol-nəqliyyat infrastruktur təminatın yaxşılaşdırılması və bununla əlaqədar abadlıq-quruculuq işləri çərçivəsində Yasamal rayon ərazisində bir sıra yaşayış və qeyri-yaşayış sahələrində söküntü işləri aparılmaqdadır.

Həmin söküntü ərazisinə Azərbaycan prospekti, Nəriman Nərimanov prospekti, Əlibəy Hüseynzadə və Tolstoy küçələri, habelə Nəriman Nərimanov, İnşaatçılar prospektləri və İsmayıl Qutqaşınlı küçəsi, Qurban Xəlilov və Bəhram Ağayev küçələri əhatəsində yerləşən ərazidə, Bəhram Ağayev küçəsi ilə Landau küçəsinin kəsişməsindən İsmayıl Qutqaşınlı küçəsini kəsməklə Qurban Xəlilov küçəsi də daxil olmaqla Mikayıl Müşviq küçəsi istiqamətindəki ərazidə yerləşən bir sıra yaşayış və qeyri-yaşayış sahələri daxildir.

2015-ci il ərzində 8759 ünvanda yerləşən yaşayış və qeyri-yaşayış sahələrində ölçü işləri aparılıb. Ölçü işləri aparılmış yaşayış və qeyri-yaşayış sahiblərindən 2769 nəfəri ödənişə göndərilib, 2698 nəfər sakinə isə artıq kompensasiya ödənilib.

Ümumilikdə 2320 yaşayış və qeyri-yaşayış sahəsinin sökülməsi planlaşdırılıb ki, bunlardan 1795-i artıq sökülüb. 2320 yaşayış və qeyri-yaşayış sahəsinin 45-i tarixi binadır. Sökülən mənzillərdə qeydiyyatda olan 5956 sakin Yasamal rayon qeydiyyatından çıxıb və təsərrüfat uçotu kitabına işlənib.

Bundan əlavə, söküntü zonasına düşən “Sovetski” ərazisində az kvadratlı mənzil sahiblərinə dövlət tərəfindən inşa edilmiş binadan 103 mənzil və 2 qeyri-yaşayış sahəsi verilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə