Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Səudiyyə Ərəbistanı dövlət neft şirkətini özəlləşdirir (FOTO)
Səudiyyə Ərəbistanı dövlət neft şirkətini özəlləşdirir (FOTO)
27 Yanvar 2016 / 15:11 / Baxış sayı: 180
Font1 Font2 Font3 Font4

“Aramco” nun birjada 1 trilyon dollar dəyər qazanacağı gözlənilir. Səudiyyə Ərəbistanı Kralı Dünyanın ən böyük neft şirkəti “Aramco”nun səhmlərini satışa çıxaracaq. Şirkət səhmlərinin bazarda dəyərinin “Apple” kimi texnoloji nəhəngi 2 dəfə qabaqlayacağı gözlənilir. 

Dünya ekspertləri “Aramco”nun birjada 1 trilyon dollarlıq dəyər qazanacağını bildirir. Özəlləşdirmə islahatı haqqında danışan şirkətin İcraçı Direktoru Xalid əl-Falih satışların yerli və ya xarici ola biləcəyini bildirərək, rezervlərin satılmayacağını, lakin şirkətin rezervləri üzərindən gəlir əldə edilməsinə çalışdıqlarını bildirib.

Nəhəng neft şirkəti 1 trilyon dollar dəyər qazanan, ilk şirkət adını alacağı gözlənilir. “Aramco”nun Nyu-York birjalarında satışa çıxarılacağı bildirilir. Səudiyyə Ərəbistanının bu qərara gəlməsinə səbəb kimi neftin qiymətinin son 12 ilin ən aşağı səviyyəsinə düşməsi olub. Məhz qiymətlərin düşməsi səbəbindən bu ölkənin iqtisadiyyatına 2015-ci ildə 98 milyard dollar zərər dəyib.

Neft şirkətin səhmlərinin gələcək dəyəri müqayisə edilən “Apple”ın isə bazara dəyəri 560 milyard dollara çatır. Ötən ilin fevralında “Apple” 710.7 milyard dollar dəyər səviyyəsinə çataraq, rekord qırıb.

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin oğlu, ölkənin iqtisadi məsələlər və inkişaf şurasının sədri Məhəmməd bin Salman da neftin qiymətlərinin aşağı düşdüyü bir zamanda, özəlləşdirmə islahatları çərçivəsində Səudiyyə Ərəbistanı iqtisadiyyatının uğur qazanacağı fikrindədir. Lakin o şirkətin nə qədər hisssəsinin özəlləşdirilməyə çıxarılacağını açıqlamayıb.

Məhəmməd ibn Salman – kral Salman bin Əbdüləzizin oğlu

“Aramco”
İlk neft quyusunu 1935-ci ildə açan “Aramco” ümumilikdə 265 milyard barrel neft ehtiyyatına malikdir. Nəhəng neft şirkəti gün ərzində 10 milyon barrel neft hasil edir. 2014-cü ildə neft ixracatından 285 milyard dollar gəlir əldə edən Səudiyyə Ərəbistanı neftin qiymətinin aşağı düşməsi ilə ciddi zərər çəkən ölkələrdəndir.


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə