Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mingəçevirdə 35 yaşlı şəxs yanaraq öldü (FOTO)
Mingəçevirdə 35 yaşlı şəxs yanaraq öldü (FOTO)
27 Yanvar 2016 / 15:14 / Baxış sayı: 200
Font1 Font2 Font3 Font4

Onun hadisə zamanı evdə köməksiz vəziyyətdə qalaraq yandığı bildirilir. Mingəçevir şəhərində bir nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib. Şəhərin “Bağlar” yaşayış  massivində Şəfəq küçəsindəki 23 saylı evdə bu gün saat 11:00-da yanğın hadisəsi baş verib.

Yanğın nəticəsində 1952-ci il təvəllüdlü Süleymanov Cəfərqulu Sadiq oğluna məxsus mənzilin 80 kvadratmetr olan evin 60 kvadratmetrlik hissəsi içindəki əşyalarla birgə yanaraq yararsız hala düşüb.

Mənzildə baş verən yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mingəçevir şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Yanğın nəticəsində, ev sahibinin oğlu 1981-ci il təvəllüdlü Süleymanov İqbal Cəfərqulu oğlu yanaraq dünyasını dəyişib. 35 yaşlı İqbal Süleymanov epilepsiya xəstəsi oluduğundan hadisə zamanı evdə köməksiz vəziyyətdə qalıb və oranı tərk edə bilməyib.

Yanğına səbəb evdəki sobanın tüstü bacasının düzgün quraşdırılmaması ehtimal olunur. Faktla bağlı araşdırmalara başlanılıb.



Yanğın baş verən ev

Analoji hadisə ötən gün baş verib. Tovuz rayonu Aşağı Quşçu kəndində vətəndaşa məxsus yaşayış evində yanğın hadisəsi baş verib.

Yanğın nəticəsində ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanaraq kül olub. Hadisə yerinə gələn yanğın söndürənlərin apardığı əməliyyat nəticəsində evdən 1936-cı il təvəllüdlü Quliyeva Roza Qara qızının meyiti aşkar edilib.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə