Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nazirlikdə kollegiya iclası: bir neçə idarə rəisi işdən çıxarıldı
Nazirlikdə kollegiya iclası: bir neçə idarə rəisi işdən çıxarıldı
27 Yanvar 2016 / 17:16 / Baxış sayı: 382
Font1 Font2 Font3 Font4

İşdə ciddi nöqsanlara yol verdiyinə görə 4 rayon və Bakı şəhər Baytarlıq İdarəsinin rəisi, həmçinin Dəmir Yolunda Baytarlıq Nəzarəti İdarəsinin rəisi işdən azad edilib. 2 rayon baytarlıq idarəsinin rəisi yaş həddinə görə təqaüdə göndərilib.

1 rayon və 1 şəhər baytarlıq idarəsinin rəisi isə səhhətlərində yaranmış problemlərlə əlaqədar üzərlərinə düşən vəzifələri icra edə bilmədiyinə görə onlarla bağlanmış əmək müqaviləsinə xitam verilib. Gəncə və Mingəçevir şəhər baytarlıq idarələrinin rəislərinə şiddətli töhmət verilib.

Kənd Təsərrüfatı Nazirliyindən virtualaz.org saytına verilən məlumatda deyilir ki, bu barədə nazir Heydər Əsədovun bu gün keçirdiyi kollegiya iclasında bildirilib.

İclasda ötən il həyata keçirilən işlərin hesabatı verilib. Bildirilib ki, ötən il 13.060 kq iri buynuzlu heyvan əti və daxili orqanlarının, 5.192 kq xırda buynuzlu heyvan ətinin və daxili orqanlarının, 3465 kq quş ətinin, 460 kq donuz ətinin, 1.904 kq balığın, 4.227 kq süd və süd məhsullarının və 8.392 ədəd toyuq yumurtasının insan qidası üçün yararsız olması müəyyən edilərək baytarlıq qanunvericiliyinə əsasən müvafiq qaydada zərərsizləşdirilib.

Heyvan mənşəli ərzaq məhsullarının təhlükəsizliyi ilə əlaqədar keçirilən reydlər nəticəsində 23,1 ton toyuq budu və 25 tondan yuxarı mənşəyi məlum olmayan heyvan cəmdəkləri Respublika Baytarlıq Laboratoriyasının müvafiq baytarlıq-sanitariya ekspertizasına əsasən insan və heyvan sağlamlığına təhlükəli olduğundan qida üçün yararsız hesab edilərək Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən qanunvericiliyə uyğun zərərsizləşdirilib. Nazir şəffaflığın təmin edilməsi üçün baytarlıq idarələrinin rəislərinə tapşırıqlar verib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə