Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Cavid Qurbanov nazirə öz qərarını dəyişdirdi- ŞOK FAKT
Cavid Qurbanov nazirə öz qərarını dəyişdirdi- ŞOK FAKT
27 Yanvar 2016 / 18:57 / Baxış sayı: 448
Font1 Font2 Font3 Font4

Aslan Aslanov Qubadlıya deyil, 3-cü mikrorayon bazarına baş baytar təyin olundu

Xəbər verildiyi kimi, ötən gün  kənd təsərrüfatı naziri Heydər Əsədov geniş kollegiya iclası keçirib. İclasda nazir Baytarlıq tədbirlərinin həyata keçirilməsində şəffaflığın təmin edilməsi üçün rayon və şəhər Baytarlıq İdarələrinin rəislərinə müvafiq tapşırıq və tövsiyələrini verib.

Kollegiyanın qərarına əsasən işdə ciddi nöqsanlara yol verdiyinə görə 4 rayon və Bakı şəhər Baytarlıq İdarəsinin rəisləri, həmçinin Dəmir Yolunda Baytarlıq Nəzarəti İdarəsinin rəisi işdən azad edilib, 2 Rayon Baytarlıq İdarəsinin rəisləri yaş həddinə görə təqaüdə göndərilib.

1 Rayon və 1 Şəhər Baytarlıq İdarəsinin rəisləri ilə səhhətlərində yaranmış problemlərlə əlaqədar üzərlərinə düşən vəzifələri icra edə bilmədiklərinə görə onlarla bağlanmış əmək müqaviləsinə xitam verilib, 4 Rayon, həmçinin Gəncə və Mingəçevir şəhər Baytarlıq İdarələrinin rəislərinə şiddətli töhmət, 3 rayon Baytarlıq İdarəsinin rəisinə töhmət elan edilib.

İclasda ən şokedici qərar isə Bakı şəhər Baytarlıq İdarəsinin rəisi Aslan Aslanovun vəzifədən uzaqlaşdırlması olub. Nazir A.Aslanovu məlum postundan uzaqlaşdıraraq Qubadlı rayonuna baş baytar təyin edib.

arxiv.bizimxeber.az-a daxil olan məlumata görə, bu qərardan şoka düşən Aslan Aslanov dərhal hərəkətə keçib və yeni təyinatla razılaşmayıb.

Məlumatda qeyd olunur ki, qərar dünən günün ikinci yarsında verilib. Aslan Aslanov Dəmiryolu İdarəsinin rəisi Cavid Qurbanovun yaxın qohumudur və zaman-zaman Qurbanovun dəstəyindən yararlanıb. 

Qısa xatılrlatma…

Aslan Aslanov Bakı şəhər Baytarlıq İdarəsinin rəisi olmazdan öncə uzun illər 3-cü Mikrorayon bazarının baş baytar həkimi işləyib. Cavid Qurbanovun dəstəyi ilə İsmət Abbasovun nazir olduğu zamanlarda Bakı şəhər Baytarlıq İdarəsi rəisi postuna can atsa da, müavin postu ilə kifayətlənmişdi.

Amma Heydər Əsədov nazir təyin olunan zaman Aslan Aslanovu yenidən 3-cü Mikrorayon bazarının baş baytar həkimi təyin etdi.  Yenə də Cavid Qurbanovun məsələyə müdaxiləsi ilə qısa zamandan sonra Aslanov Bakı şəhər Baytarlıq İdarəsi rəisi postuna yiyələndi. Amma çox maraqlıdır ki, böyük gəlir mınbəyi sayılan 3-cü Mikrorayon bazarının baş baytar həkimi postu iki gün əvvələ kimi formal təyinatla idarə olunurdu. Yəni, bu bazar yenə də Aslanovun nəzarətində idi. Aslanov sona qədər bu posta kiminsə təyin olunmasına imkan verməyib. 

Bir sözlə, Cavid Qurbanov Aslan Aslanovu hələ də qoruyur və ötən gün də yenidən ona dəstək olub. Belə ki, nazirin Qubadlıya baytar həkimi təyin etməsi qərarəı ilə razılaşmayan Aslan Aslanov yenidən Cavid Qurbanova sığınıb.

arxiv.bizimxeber.az-a daxil olan məlumata görə, Cavid Qurbanov növbəti dəfə Heydər Əsədovdan heç olmasa Aslanovun 3-cü Mikrorayon bazarına baş həkim kimi qaytarılmasını xahiş edib. Cavid Qurbanovun xahişindən sonra Heydər Əsədov günorta saat 3-də kollegiyanın iclasında verdiyi qərarı dəyişmək məcburiyyətində qalıb və Aslanov 3-cü Mikrorayon bazarına baş baytar həkim təyin olunub. 

Maraqlıdır, görəsən Heydər Əsədov Aslanovla bağlı qərarı niyə dəyişdi? Ümumiyyətlə, bir saat icərisinsdə qərar dəyişmək nə qədər qanunlarla mümkündür?

Məlumat üşün bildirək ki, Abşeron rayon baş baytar həkimi Fəxrəddin Səmədov da eyni iclasda Aslanovla bərabər vəzifədən uzaqlaşdırlıb. F.Səmədova heç bir vəzifə təklif olunmayıb və faktiki olaraq o işsizdir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə