Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Ded Xasan”ın yaxın adamı saxlanıldı və….“oğru” olduğunu dandı
“Ded Xasan”ın yaxın adamı saxlanıldı və….“oğru” olduğunu dandı
27 Yanvar 2016 / 17:32 / Baxış sayı: 284
Font1 Font2 Font3 Font4

Moskvada Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən kriminal avtoritet saxlanılıb.

Aznews.az xarici mediaya istinadən xəbər verir ki, saxlanılan Husan Ziyamuhamedov (“Hüseyn Taşkentski”) “oğru şöbəsində” əməliyyatçılarla görüşüb. Görüşdə Hüseyn oğru dünyası ilə əlaqəli olmasını danıb. Profilaktik söhbətdən sonra “Taşkentski” sərbəst buraxılıb.

Rusiya DİN-in Baş Cinayət Axtarış İdarəsinin əldə etdiyi məlumata görə, Husan Ziyamuhamedov Özbəkistan DİN-in operativ uçotunda “qanuni oğru” kimi qeydiyyatdadır (lakin saxlanılanın özünün də təsdiq etdiyi kimi, heç vaxt bu titula sahib olmayıb). Buna görə də,”Hüseyn Taşkentski” Rusiya sərhəd nəzarəti xidmətində “xüsusi təhlükəlilər” siyahısında yer alır. Onun ölkə daxilindəki bütün fəaliyyəti güc strukturlarının nəzarətindədir.

Şəxsi keyfiyyətləri və “Ded Xasan”a yaxınlığı sayəsində Hüseyn indiyə qədər doğma Özbəkistan da daxil olmaqla bütün keçmiş MDB ölkələrinin kriminal aləmində görkəmli yer tutur.

Saxlanma zamanı əməliyyatçılardan kimsə dərindən maraqlansaydı, Hüseyn qorxusundan kriminal aləmdəki özünün rolu və Rudiklə Xasan arasındakı “Daşkənd işi” kimi tanınan münaqişənin əsl ehtimalları barədə çox şey danışa bilərdi.

Qeyd edək ki, Hüseyn 2007-ci ildən davam edən “klanların münaqişəsinin” əsasında duran şəxslərdəndir. Məlum olduğu kimi, Timoxa və Yaponçik kimi köhnə silahdaşları qəddar düşmənə çevirən və bütün oğru dünyasını parçalanmaya gətirib çıxaran Piçuqayla Qaleev arasındakı dava məhz Hüseynin qızının toyunda baş verib.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə