Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Maliyyə Nazirliyi 4 000 000 istiqraz buraxır
Maliyyə Nazirliyi 4 000 000 istiqraz buraxır
27 Yanvar 2016 / 17:54 / Baxış sayı: 266
Font1 Font2 Font3 Font4

Qeydiyyata alınan istiqrazın nominal dəyəri 100 manatdır. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən dövlət ortamüddətli istiqrazları dövlət qeydiyyatına alınıb.

Komitədən verilən məlumata görə, komitə tərəfindən qeydiyyata alınan Maliyyə Nazirliyinin hər bir istiqrazın nominal dəyəri 100 manatdır. Dövlət qeydiyyatına alınan 2 500 000 ədəd dövlət ortamüddətli istiqrazlarının emissiya prospekti 50S qeydiyyat nömrəsi ilədir. 

Bundan əlavə komitəsi tərəfindən Maliyyə Nazirliyinin hər birinin nominal dəyəri 100 manat olan 1 500 000 ədəd dövlət qısamüddətli istiqrazlarının emissiya prospekti 49S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.

Maliyyə naziri Samir Şərifov bir neçə gün öncə ANS-in “Hesabat”ına qonaq olub. O, açıqlamasında deyib ki, hazırda dövlət və Mərkəzi Bank tərəfindən bir sıra tədbirlər görülür ki, ajiotaj aradan qalxsın və manta olan hörmət yenidən bərpa olunsun.

“Bunun üçün yaxın günlərdə bazara Maliyə Nazirliyi tərəfindən manat istiqrazlar buraxılacaq. İstiqrazlara qoyulan fazilər isə yüksək olacaq. Əhaliyə tövsiyyə edərdim ki, manatlarını bu istiqraza qoysunlar. Faizlər isə inflyasiyadan çox olacaq. Dövlət Qiymətli Kağızlar Komitəsi tərəfindən bu istiqrazlar bir həftə ərzində dövriyəyyə buraxılacaq”.


S.Şərifovun Mir Şahinə müsahibəsi



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə