Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Adil Vəliyev Qarabağ veteranının evini başına uçurdu – Bunu da etdi
Adil Vəliyev Qarabağ veteranının evini başına uçurdu – Bunu da etdi
27 Yanvar 2016 / 18:08 / Baxış sayı: 420
Font1 Font2 Font3 Font4

Prezident İlham Əliyev: “Korrupsiyaya qarşı cəza tədbirləri tətbiq olunur və olunacaq. Əgər yüksək vəzifəli şəxslər öz vəzifələrini yerinə yetirə bilmirlərsə, onlar cəzalandırılacaqlar. Azərbaycanda bir nəfər də olsun toxunulmaz adam yoxdur. Hər bir məmur, o cümlədən prezident xalqın xidmətçisidir. Dövlət məmurları və ailə üzvləri özlərini təvazökar aparmalıdırlar. Dövlət məmurları hesab etməməlidirlər ki, xüsusi statusları var. İnsanlara diqqət və qayğı göstərməli, problemlərini həll etməlidirlər”. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, son illərdə vətəndaşlarla və güzəştli-imtiyazlı şəxslərlə bağlı imzaladığı çoxsaylı fərman və sərəncamlar var. Məhz buna görə də, xalqımız ölkə başçısına təşəkkür edir. Onun yürütdüyü uğurlu daxili və xarici siyasəti dəstəkləyir.

Təəsüf ki, bəzi məmurlar cənab Prezidentin bu göstərişlərinə əməl etmirlər. Onun apardığı uğurlu islahatlara kölgə salırlar. Bu qisim məmurlardan biri də, Sabunçu rayon İcra Hakimiyyətinin Başçısı Adil Vəliyevdir. Adil Vəliyev “Volkswagen”, “Audi”, “Seat”, “Porsche” avtomobil markalarının ölkəmizdəki rəsmi importyorudur. Adil Vəliyev dövlət işlərinə də adı çəkilən şəxsi biznesi kimi baxır. Oliqarx məmur, səlahiyyətlərini aşaraq, sakinlərə divan tutur. Bu işdə o müavini Aftandil müəllimin də, köməyindən istifadə edir.

Araz Media qəzetinin redaksiyasına müraciət edən, Ağdam rayon qaçqını, Yeni Azərbaycan Partiyasının üzvü , Qarabağ müharibəsi veteranı Muradov Novruz Şura oğlu bildirmişdir ki, 1 ay öncə “dişi-dırnağı” ilə Sabunçu rayon 1-ci Zabrat qəsəbəsində, 2 otaqlı bir ev tikdiribmiş. 25 yanvar 2016-cı il, təxminən saat 10-00 radələrində, İcra Nümayəndəsi Vüqar “müəllim”-in çoxsaylı qoçu dəstəsi həmin əraziyə gələrək, ( bu dəstədə onlarla polis əməkdaşı olub) müharibə veteranına məxsus adı keçən evi, məhkəmə qərarı olmadan vəhşicəsinə traktor və buldozer vasitəsi ilə sökərək, darmadağın etmiş, veterana 15.000 AZN məbləğində ziyan vurmuşdur . Maraqlı odur ki, Muradov Novruz Qarabağ torpaqları uğrunda, Sabunçu İcra Hakimiyyəti isə şəxsi büdcəsini artırmaq məqsədi ilə, müharibə veteranı ilə mübarizə aparır. Xatırladırıq ki, mövcud qanunvericiliyə əsasən, hazır tikilini sökmək səlahiyyəti yalnız, məhkəmələrə aiddir. Məhkəmə müvafiq qərar çixardıqdan sonra, Ədliyyə Nazirliyinə tabe olan rayon İcra Şöbəsinin əməkdaşlarının iştirakı ilə söküntü həyata keçirilə bilər.

Faktla bağlı rayon İcra Hakimiyyəti Başçısı ilə əlaqə saxlamaq cəhdimiz boşa çıxdı. Başçının müavini isə əsaslandırmağa çalışdı ki, guya o evin hüquqi sənədləri olmayıb. Bunu da müəyyən etdik ki, həmin ərazidə heç bir evin sənədləri yoxdur. Deməli ” kəndxudanı gör, kəndi talan elə” deyimi məhz, İcra Nümayəndəsi Vüqar müəllimə aid imiş.

Novruz Muradov şikayət məktubunda onu da qeyd etmişdir ki, bu məsələ ilə bağlı, cənab Prezidentə, məhkəməyə və müvafiq yuxarı instansiyalara müraciət edəcəkdir.

Sonda veteran döyüşçü onu da bildirmişdir ki, Sabunçu rayon İcra Hakimiyyətinin Başçısı kimi məmurlar keçmiş döyüşçülərlə elə rəftar etməlidirlər ki, döyüşçüyə qoyulan hörməti görən mərd, cəsur oğlanlar 2-ci Qarabağ savaşında vətənin müdafiəsinə rəşadətlə qalxsınlar!

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə