Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda “qan qəbiristanlığı”
Bakıda “qan qəbiristanlığı”
27 Yanvar 2016 / 19:16 / Baxış sayı: 388
Font1 Font2 Font3 Font4

Bakı şəhəri Binəqədi rayonu sakinlərindən redaksiyamıza video faktla birgə göndərilmiş şikayət daxil olub. Söhbət 7-ci mikrorayon, Xarici dairəvi küçəsi, 1260-ci kecid, bina 15 A ünvanı ilə üzbəüz, keçmiş “Bolluq bazarı”nı keçən kimi sağda yerləşən ət dükanından gedir.

Sakinlər yazırlar ki, həmin dükanın işçiləri heyvanları kəsəndən sonra qanını mağaza ilə yaşayış binasının ortasında olan ağacların dibinə tökürlər: “Soruşanda da yalandan deyirlər ki, kanalizasiyaya tökürük. Amma ağaclar quruyur, yayda üfunət əlindən tərpənmək olmur, qışda da əraziyə itlər yığışır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxmir, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi məhəl qoymur. Yaxında yaşayanlar hər yerə yazıb şikayət edirlər, amma xeyri yoxdur”.

Redaksiyamız şikayətdə adı çəkilən dövlət qurumunun hər ikisinə sorğu ilə müraciət edib. Hər iki qurumdan şikayətin araşdırılacağını və qanunamüvafiq tədbir görüləcəyini bildiriblər.(milli.az)



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə