Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qobu bələdiyyəsinin keçmiş sədri 15 min dollar rüşvət alıb
Qobu bələdiyyəsinin keçmiş sədri 15 min dollar rüşvət alıb
27 Yanvar 2016 / 19:17 / Baxış sayı: 340
Font1 Font2 Font3 Font4

Yeni bələdiyyə  sədri 50 yaşında ABU-ya daxil olub

Bələdiyyə sədrlərinin  torpaq alveri ilə  məşğul olması, bir torpaq sahəsini bir neçə nəfərə qanunsuz satması  artıq adi hal alıb. Rüşvətxorluq  və korrupsiya  bələdiyyələrdə  normaya  çevrilib. Bu yolla  külli miqdarda pul qazanan, sərvət toplayan bələddiyyə sədrləri o qədər harınlayıb ki, hətta  şou əhli olan xanımlara bahalı avtomobil bağışlayır, onlara sponsorluq edirlər.

Milli Məclisdə  bələdiyyələrlə bağlı məsələlərə baxan  Arif Rəhimzadə çıxışlarının birində bildirimişdi ki, bələdiyyə üzvləriniun çoxunun ali təhsili yoxdur. Ali təhsilləri olmasa da bələdiyyə üzvlərinin çoxu yığdıqları haram pulla HACI titulu əldə ediblər. Belə hacılardan biri də  Qobu bələdiyyəsinin keçmiş sədri  Hacı Mübariz Bayramovdur.

Ağstafa  şəhər polklinikasının həkimi Mahir Yusifov NUH.az-ın əməkdaşına bildirib ki, Abşeron rayonunun Qobu qəsəbəsindən torpaq sahəsi almaq üçün  2009-cu ildə  Hacı  Mübarizə 15 min dollar pul vermişəm: “ Bələdiyyə sədri öz müavini Ənvər Əmiraslanova tapşırdı ki, buna  məktəbin yanındakı sahədən 24 sot torpaq ver”.

Ancaq  sonradan  Mahir Yusifova çox uzaq bir yerdən yararsız torpaq sahəsi verilib. Zərərçəkən  dəfələrlə dövlət orqanlarına şikayət etsə də  heç bir faydası olmayıb. NUH.az-ın apardığı araşdırma zamanı bəlli  oldu ki, sonuncu seçkilərdə  hacı Mübarizi onun müavini hacı Ənvər Əmiraslanov əvəz edib. Araşdırma zamanı o da bəlli oldu ki, hacı Ənvər  50 yaşında  Elşad Abdullayevin Azərbaycan Beynəlxalq Universitetinə daxil olub. Bizə elə gəlir ki, əlavə şərhə ehtiyac yoxdur.

arxiv.bizimxeber.az



Qobu bələdiyyəsinin keçmiş sədri 15 min dollar rüşvət alıb yazısına 1 şərh yazıldı




Yuxarı Geri Ana səhifə