Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İlham Əliyev xanımının adı rüşvətdə hallanan səfiri geri çağırdı
İlham Əliyev xanımının adı rüşvətdə hallanan səfiri geri çağırdı
28 Yanvar 2016 / 13:32 / Baxış sayı: 214
Font1 Font2 Font3 Font4

Xəbər verdiyimiz kimi, prezidenti İlham Əliyev Azərbaycanın Latviyadakı fövqəladə və səlahiyyətli səfiri Elman Hidayət oğlu Zeynalovun geri çağırılması barədə sərəncam imzalayıb.  Bir müddət əvvəl Elman Zeynalovun ailəsi ilə bağlı qalmaqallı məlumat yayılmışdı. Həmin məlumatda səfirin xanımı Nəzirə Zeynalova rüşvət verməkdə ittiham edilmişdi.

Belə ki, diplomatın xanımına qarşı cinayət işinin qaldırılmasına səbəb onun Latviyada sürücülük vəsiqəsini xüsusi kurs keçmədən və digər formal prosedurlara əməl etmədən sürücülük vəsiqəsini pulla almağa cəhd göstərməsi olmuşdu. Bu məqsədlə o, Yol Hərəkətinin Təhlükəsizliyi Direksiyasının (CSDD) müfəttişlərinə müraciət edərək sürücülük vəsiqəsini almaq üçün onlara 500 avro təklif edib. Latviyalı müffəttişlər isə səfir xanımının bu davranışından şikayətçi olublar və hazırda Zeynalovanın işi ilə ölkənin Korrupsiya əleyhinə Bürosu məşğul olur.

 

Müffətişlər İvas və Uldas haqqın.az-a açıqlamalarında bildiriblər ki, hələ də səfir xanımının bu davranışına təəccüb edirlər: “Biz dərhal Antikorrupsiya Bürosuna zəng etdik və Azərbaycan vətəndaşı saxlanıldı. Onu tezliklə buraxdılar, lakin onun işinə Büroda baxılacaq. Məsələ ilə bağlı Latviya XİN-i də məlumatlandırılıb”.

 

Elman Zeynalov məlum hadisə ilə bağlı APA-ya açıqlama verərək bildirmişdi ki, həyat yoldaşı Nəzirə Zeynalova ötən ilin sonunda sürücülük vəsiqəsi ilə bağlı bütün imtahanları və lazım olan mərhələləri əla göstəricilərlə verib: “Bütün mərhələləri özü keçəndən sonra əməkdaşa 500 yox, 50 avro Yeni İl qabağı hədiyyə olaraq verib. Yəni vəsiqə müqabilində yox, sadəcə sonda, hər şeyi özü yerinə yetirəndən sonra Yeni İl hədiyyəsi kimi təqdim edib. Bu hər yerdə, eləcə də burda adi haldır. Sadəcə o məmur görüb ki, bu səfir xanımıdır, qorxuya düşüb nədirsə götürüb öz idarələrinə bunu rüşvət kimi təqdim edərək məlumat verib. Onlar da buranın Xarici İşlər Nazirliyinə məlumat veriblər. Buranın XİN-i isə mənə bunu təəssüflə bildirdilər ki, “heyif ki, o məmur bunu belə anlayıb” və mənə buna görə narahat olmamağımı bildirdilər. Çünki onlar mənim fəaliyyətimi çox yaxşı bilirlər. Burada hər şey açıq aşkar bilinir”.

 

Səfir qeyd edib ki, onun xanımı ilə bağlı cinayət işi açılması barədə xəbər həqiqəti əks etdirmir: “Diplomatlarla və onların ailəsi ilə bağlı müvafiq konvensiyaya görə cinayət işi açıla bilməz. İkincisi isə burada bu hala görə cinayət işi açılmır, ən azı onun açılması üçün bu yetərincə sübut sayılmır. Çünki xanımımın sürücülük vəsiqəsi ilə bağlı bütün imtahanları özünün verdiyi rəsmən təsdiqlənmişdi, onlar tərəfindən bu qeydə alınmışdı. Yəni pul, özü də elə az miqdarda hədiyyə şəklində verilən pul vəsiqəni almaq üçün təklif olunmayıb”.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə