Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycan 4 milyard dollarlıq yardım almaq üçün danışıqlar aparır – YENİLƏNİB
Azərbaycan 4 milyard dollarlıq yardım almaq üçün danışıqlar aparır – YENİLƏNİB
28 Yanvar 2016 / 14:05 / Baxış sayı: 232
Font1 Font2 Font3 Font4

“Bu yardım paketi neftin ucuzlaşmasından irəli gələn problemlərlə mübarizə aparan Azərbaycana ayıracağımız ilk kreditdir”

Daha öncə xəbər verdiyimiz kimi, Azərbaycan Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) ilə 4 mlrd. dollarlıq təcili yardım paketinin cəlb olunması ilə bağlı danışıqlar aparır. “Reuters” agentliyi öz mənbələrinə istinadən xəbər verir ki, Azərbaycan hökuməti BVF-dən 3 mlrd. dollar, DB-dən 1 mlrd. dollar cəlb etmək niyyətindədir.

Azərbaycan Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) ilə 4 mlrd. dollarlıq təcili yardım paketinin cəlb olunması ilə bağlı danışıqlar aparır. “APA-Economics” xəbər verir ki, bu barədə BVF-nin nümayəndəsi “Financial Times” qəzetinə bildirib.

Onun sözlərinə görə, bu məsələnin müzakirə üçün BVF və DB nümayəndələri 28 yanvar – 4 fevral ərzində Bakıya rəsmi səfər edərək hökumət rəsmiləri ilə görüşlər keçirəcək. “Bu yardım paketi neftin ucuzlaşmasından irəli gələn problemlərlə mübarizə aparan Azərbaycana ayıracağımız ilk kreditdir”, – deyə o bildirib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə