Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ucar xəstəxanasında qalmaqal – VİDEO
Ucar xəstəxanasında qalmaqal – VİDEO
28 Yanvar 2016 / 14:21 / Baxış sayı: 482
Font1 Font2 Font3 Font4

Ucar rayon Mərkəzi Xəstəxanasında yenidən qalmaqal yaşanıb. Bu barədə rayon sakini Nurlan Tağıyev Baku.ws-ə məlumat verib.

Onun sözlərinə görə, həyat yoldaşı ağır xəstə olan azyaşlı qızını xəstəxanaya aparıb. 40-dan yuxarı qızdırma içində olan qızını xəstəxananın həkimi, uşaq şöbəsinin müdiri Səidə Ələkbərovanın qəbuluna aparmaq istəyiblər. Bu zaman xəstəxananın digər uşaq həkimi Şəhla doktorun tibb bacıları qadına Səidə həkimin otağına getməyə icazə verməyiblər.

“Səidə həkimin yanına getmək üçün iki giriş var. Birinci giriş üçün Şəhla həkimin qəbul şöbəsində keçib getmək lazımdır. İkinci giriş isə xəstəxana binasının digər hissəsindədir. Uşağı ağır vəziyyətdə birinci girişdən aparıblar ki, həkimə tez çatdırsınlar. Bu zaman Şəhla həkimin işçiləri mane oldular. Qızdırma içində olan uşağı rahat şəkildə həkimin yanına aparmağa imkan verməyiblər. Xanımımı xəstə uşaqla məcbur ediblər ki, aşağı düşərək digər girişdən keçsin”, – deyə Nurlan Tağıyev bildirib.

Onun sözlərinə görə, tibb bacıları uşağın ağır xəstə olmasına məhəl qoymayıblar: “Bu problem həmişə olur. Səidə həkimin yanına gələn xəstələrə Şəhla həkimin tibb bacıları problem yaradır”.

Qeyd edək ki, həmin xəstəxanada buna oxşar hadisələr tez-tez olur. Deyilənlərə görə, həkimlər xəstələrə təzyiq edirlər ki, onların yanına gəlsinlər.
Məsələ ilə bağlı xəstəxananın şöbə müdiri Səidə Ələkbərova ilə əlaqə saxladıq. Həkim Baku.ws-ə açıqlamasında bildirdi ki, Şəhla həkim xəstəxananın uşaq reanimasiya şöbəsinin müdiridir.

“Artıq məsələ ilə bağlı danışmışam. Tapşırmışam ki, xəstələr gələndə onlarla kobud rəftar etməsinlər. İmkan daxilində kömək etsinlər. Bütün xəstələrə də tapşırmışam ki, mənimm yanıma gəlmək üçün ikinci girişdən istifadə etsinlər. Valideynlər özləri hansı həkimə istəsələr müraciət edə bilərlər”, – deyə Səidə Ələkbərova bildirib.

Xəstəxananın baş həkimin müavini Ata Hacıyev də Baku.ws-ə açıqlamasında bildirdi ki, hadisədən xəbərdardır. Onun sözlərinə görə, artıq problem həllini tapıb.

“Nurlanın keçmək istədiyi giriş reanimasiyanındır. Xəstəxana təmir olunduğu vaxt Səidə həkimin yanına gələnlər də müvəqqəti olaraq oradan istifadə edirdilər. Təmirdən sonra oradakı giriş bağlıdır. İndi Nurlan Tağıyevin də həyat yoldaşı oradan keçmək istəyib. Problem yaranmışdı, artıq məsələ həll olunub”, – deyə Ata Hacıyev vurğulayıb.

Problemin həll olunduğu deyilsə də əslində əsl problem həkim və tibb bacılarının xəstə və xəstə yaxınlarına münasibətindədir. Düşünürük ki, temperaturu 40-dan yuxarı olan bir uşağın xəstəxananın hansı girişindən xəstəxanaya daxil olması problem olmamalıdır. Tibb bacıları xəstəni daha tez həkim yanına çatdırmağın qayğısına qalmalıdırlar.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə