Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rusiyanın A-321 sərnişin təyyarəsini partladanın kimliyiməlum olub
Rusiyanın A-321 sərnişin təyyarəsini partladanın kimliyiməlum olub
28 Yanvar 2016 / 14:39 / Baxış sayı: 254
Font1 Font2 Font3 Font4

Rusiya və Misir xüsusi xidmət orqanlarının əməkdaşları ötən il oktyabrın 31-də Misir səmasında terror aktı nəticəsində qəzaya uğramış A-321 təyyarəsini partladanın kimliyini müəyyən ediblər.

Qaynar.info virtualorg.az-a istinadən bildiri ki, LifeNews telekanalı bu haqda məlumat yayıb. Məlumata əsasən,  terrorçunun dəqiq adı aşıqlanmasa da, onun barəsində axtarış tədbirlərinə başlanıb. Axtarışa verilmiş şəxsin özündən savayı, onunla əlbir olan daha 5 nəfər axtarılır.

Əldə olunmuş məlumatlara görə, terror aktını icra edən şəxs Şarm-el-Şeyx hava limanının əməkdaşı olub. Həmin adam hadisədən az öncə burada işə qəbul edilib. İşə düzəlməyə gələn zaman kişi dərhal yük bölməsində fəhlə işləməyə razılıq verib.

Beləliklə, axtarışda olan şəxs bilavasitə təyyarəyə vurulan yüklərlə işləyən adamdır.

Təyyarə salonuna kiçik bağlamada partlayıcı qurğunu yerləşdirdikdən sonra həmin adam dərhal hava limanını tərk edib və tezliklə Misirdən gedib.

Onun hazırda harada olması bəlli deyil.

Qəzada 224 nəfər həlak olmuşdu.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə