Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“SOCAR Trading” Çin, Hindistan və Afrika bazarlarını öyrənir
“SOCAR Trading” Çin, Hindistan və Afrika bazarlarını öyrənir
28 Yanvar 2016 / 14:58 / Baxış sayı: 148
Font1 Font2 Font3 Font4

SOCAR Trading SA” şirkəti üstünlük əldə edə biləcəyi inkişafda olan bazarları diqqətlə izləyir. “Report” xəbər verir ki, bunu “SOCAR Trading SA” şirkətinin icraçı direktoru Arzu Əzimov “European Business” jurnalına müsahibəsində bildirib: “Çin, Hindistan, Afrika sadəcə bir neçə nümunədir”.

“Məsələn, daimi olaraq Afrikada işlər görür, ixracla bağlı bütün tenderlərdə iştirak edirik. Biz hər zaman satmaq və almaq üçün bütün imkanları araşdırırıq”, – deyə A.Əzimov qeyd edib.

Şirkət rəsmisi bildirib ki, 2016-cı ildə inkişaf üçün hədəflər müəyyənləşdirilir, real satış bazarları axtarılır və potensial alıcı və tərəfdaşlarla görüşlər keçirilir: “Bazarda iştirakımızı saxlayacağıq, lakin yalnız ticarət şirkəti olmayacağıq. Əlbəttə, istehsal fəaliyyətimizi davam etdirəcəyik”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə