Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Avropa Məhkəməsi Azərbaycanla bağlı statistikanı açıqladı
Avropa Məhkəməsi Azərbaycanla bağlı statistikanı açıqladı
28 Yanvar 2016 / 17:32 / Baxış sayı: 178
Font1 Font2 Font3 Font4

2015-ci ildə Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı 30 qərar qəbul edib.Bu barədə AİHM-ın “2015-ci il ərzində fəaliyyətin icmalı” illik hesabatında bildirilir.

Report xəbər verir ki, icmalda yer alan məlumata əsasən, ötən il ərzində AİHM-ə Azərbaycan üzrə 268 ərizə təqdim olunub. Onların 123-ü qəbul olunmayıb, 30-u üzrə isə qərar çıxarılıb.

2014-cü illə müqayisədə Azərbaycan üzrə AİHM-ə müraciətlərin sayı azalıb. Müqayisə üçün bildirək ki, 2014-cü ildə AİHM-ə Azərbaycan üzrə 403 ərizə təqdim olunmuşdu, onların 245-i qəbul olunmamış, 11-i üzrə isə qərar çıxarılmışdı.

2015-ci ildə 106 iş Azərbaycan hökuməti ilə kommunikasiya mərhələsində olub.

Qeyd edək ki, Azərbaycan Avropa İnsan Haqları Konvensiyasına 2001-ci ilin yanvarında qoşulub. İlk iş 2006-cı ildə qəbul olunub. 31 dekabr 2015-ci il tarixinə olan məlumata görə, bütün dövrlər ərzində Azərbaycandan AİHM-ə 1522 ərizə daxil olub.

 arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə