Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rövnəq Abdullayev xəsarət almış yoldaşına baş çəkib
Rövnəq Abdullayev xəsarət almış yoldaşına baş çəkib
28 Yanvar 2016 / 18:34 / Baxış sayı: 572
Font1 Font2 Font3 Font4

Bəxtiyar Ələkbərov ötən ilin dekabr ayında “Günəşli” dəniz neft platformasında baş vermiş güclü yanğında xəsarət almış neftçilərdən biridir. Xoşbəxtlikdən, o, xilas olunmuşların arasında olub, lakin ağır yanıqlar alıb.

Dəri köçürülməsi üzrə bir neçə cərrahi əməliyyatdan sonra B.Ələkbərovun müalicəsi Əziz Əliyev adına Cərrahi klinikanın yanıq mərkəzində davam etdirilir.

Onu mütəmadi olaraq yoluxan qohumları və dostları yaralıya hər cür diqqət göstərirlər. Bu gün də Ələkbərovun palatasına gəlişi və isti münasibəti ilə neftçini xüsusilə sevindirmiş ziyarətçi təşrif buyurub. Onu yoluxmağa gələn SOCAR prezidenti Rövnəq Abdullayev olub.

Dövlət neft şirkətinin başçısı xəstəxanaya gəlişini heç kimə əvvəlcədən bildirməmişdi, həm də Bəxtiyar Ələkbərov onun köhnə tanışıdır və uzun illər bir kollektivdə çalışıblar, bir müddət sonra isə eyni strukturda – SOCAR-da rastlaşıblar. Lakin jurnalistlər R.Abdullayevin niyyətindən xəbər tuta biliblər və xəstəxanaya gəliblər ki, iki yoldaşın görüşünü işıqlandırsınlar. Fəqət neft şirkətinin rəhbəri qətiyyətlə tələb edib ki, KİV nümayəndələri bu dəfə mane olmasınlar və palatanı tərk etsinlər.

Buna baxmayaraq, Yanıq mərkəzinin həkimlərindən biri iki neftçinin görüşünün fotoşəklini çəkməyə müvəffəq olub və haqqın.az saytı bu fotoşəkli əldə edə bilib.

SOCAR rəhbəri nəyin bahasına olursa olsun özünü reklam etdirməyə çalışmır və iş fəaliyyəti ilə şəxsi həyatını ayıra bilir. Xəstəxanada köhnə tanışını ziyarət etməsi onun şəxsi həyatının bir hissəsidir və o, bunu kimsəylə, xüsusilə mətbuatla paylaşmaq istəmir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə