Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Akif Çodarovun adamı keçmiş prorektoru təhdid edir
Akif Çodarovun adamı keçmiş prorektoru təhdid edir
28 Yanvar 2016 / 18:48 / Baxış sayı: 610
Font1 Font2 Font3 Font4

Ötən il ləğv olunmuş Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Mingəçevir filialında 270 min manat büdcə vəsaitinin talan edilməsi ilə bağlı Respublika Prokurorluğuna edilən şikayət Təhsil Nazirliyinə göndərilib. Təhsil Nazirliyi isə 2012-ci ildə aparılmış audit yoxlamasının nəticələri ilə bağlı araşdırma aparmağa tələsmir. Büdcə vəsaitini mənimsəməkdə ittiham edilən filial direktoru Orucəli Rzayev hələ də vəzifədədir. Faktı ictimaiyyətə açıqlayan keçmiş prorektor Xatirə Həsənova isə işdən çıxarılmaqla cəzalandırılıb.

Xatirə Həsənova dövlət vəsaitini mənimsəyənlərin arxasında Təhsil Nazirliyinin özəl universitetlər üzrə keçmiş kuratoru İlyar Vahabovun, daxili nəzarət şöbəsinin müdiri Kənan Quliyevin dayandığını iddia edir: “2012-ci ilin noyabrında filialın direktoru Orucəli Rzayev işdə yol verdiyi nöqsanlara görə vəzifəsindən kənarlaşdırıldı. AMİ rektorunun 6 noyabr, 2012-ci il tarixli əmri ilə mən direktor əvəzi təyin edildim. Amma müəyyən şübhələrim olduğu üçün sənədlərin təhvil-təsliminə razı olmadım”.

Şikayətçinin sözlərinə görə, institut rəhbərliyi filialda audit yoxlaması aparılmasını təklif edib. Audit yoxlaması üçün Təhsil Nazirliyinə rəsmi müraciət olunub və nazirliyin razılığı ilə audit xidməti üçün 5 min manat ödənilib. Beləliklə, filialın 3 illik fəaliyyəti yoxlanılıb. Təkcə maliyyə-təsərrüfat sahəsində 270 min manat yeyintiyə yol verildiyi bəlli olub.

“Digər sənədlərdə də saxtakarlığa yol verilmişdi, məsələn, sənədləri iki möhürlə işləmişdilər. Nəticələr həm institutun rəhbərliyinə, həm də nazirliyə təqdim edildi. Amma araşdırma aparmaq əvəzinə Orucəli Rzayev institutun Zaqatala filialına rektor təyin edildi. Onun himayədarı İlyar Vahabov idi. Vahabov isə MTN-nin kuratoru kimi tanınırdı. O, keçmiş MTN-nin rəhbərliyinə güvənərək dövlət vəsaitinin mənimsəyənlərə himayədarlıq edirdi və məhz korrupsiya əməllərinə görə işdən azad olundu”, – deyə şikayətçi qeyd edir.

X.Həsənova mətbuata müraciət edəndən sonra hədələndiyini də söyləyir: “Orucəli Rzayev mənə zəng vuraraq susmağı tapşırdı, əks halda, mən və ailəm üçün təhlükə törədəcəyini dedi. Amma Kənan Quliyev sayəsində onun əməlləri və mənim şikayətlərim Mikayıl Cabbarova çatmır”.

Keçmiş prorektor 2014-cü ilin yanvarın 10-da təhsil naziri Mikayıl Cabbarovun qəbulunda olduğunu, görüşdə mütəşşəkil cinayətkar şəbəkəylə üz-üzə qaldığını, AMİ-nin Mingəçevir fiilialında dövlət sənədlərinin saxtalaşdırılması,bunun arxasında duran yüz min manatlarla dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı faktları nazirə təqdim etdiyini bildirir: “O isə daxili nəzarət şöbəsinin müdiri Kənan Quliyevə bu məsələni ciddi araşdirmağı tapşırdı. Audit aktının surətini Kənan Quliyevə verdim”.

Təhsil müəssisəsinin 5 illik sənədlərinin bir coxunun məhv edilməsi, saxtalaşdırılması, bank maxinasiyaları, mövcud olmayan qruplara dərs saatlarının yazılması, silinmə aktlarının formal tərtib olunduğu halda təsərrüfat müdiri, digər əməkdaşlar, hətta Təhsil Nazirliyinin nümayəndəsinin yerinə imza atılması, əmək haqqı barədə xəzinədarlığa təqdim olunan sıyahıda dəyisilklər edilərək banka basqa siyahı təqdim etməklə budcə vəsaitlərinin mənimsənılməsi, Gəncə Dövlət Universitetinin on nəfərdən artıq müəlliminin bir gün belə filiala gəlmədikləri halda 0,5 ştat vahidi ilə işə qəbul olunaraq adlarına plastik kart açıb budcə vəsaitinin talan edilməsi, altında möhürləri oxunan Mingəçevir Politexnik Texnikumunun dövrünə – 1980-ci illərə aid inventarların belə, təzədən yazılaraq mədaxil edilməsi faktları da Kənan Quliyevə təqdim edilib: “Bundan sonra mənə olan təzyiqlər daha da artdı. Məsələ araşdırılmadı, daxili nəzarət şöbəsinin əməkdaşı Nicat Quliyev bildirdi ki, bu məsələ ilə bağlı araşdırma aparılmayacaq. Çünki yuxarıdan tapşırıq belədir. Əvəzində institut rəhbərliyi tərəfindən mənə qarşı təzyiqlər başladı. Anam nazirin Salyan rayonunda keçirdiyi qəbula getdi və problem təkrar nazirə çatdırıldı. Nazir yenə də məsələnin araşdırılacağına söz verdi. Amma filialın yeni rəhbəri Rasım Şükürov və daxılı nəzarət şöbəsi tərəfindən tzyiqlər davam edirdi. Buna görə də, baş prokuror Zakir Qaralovun Mingəçevirdə keçirilən qəbulunda oldum. Baş prokuror ərizəmi Korrupsiyaya Qarşı Mübarızə İdarəsinə göndərdi. Baş Prokurorluğun cavab məktubunda məsələnin Təhsil Nazirliyinin daxili nəzarət şöbəsində araşdırıldığı bildirilir. Təhsil nazirinin qəbuluna isə məni buraxmırlar”.

X.Həsənova 16.10.2014-cü il tarixli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilib. Şikayətçi deyir ki, filialın həmkarlar təşkilatı tərəfindən iclas keçirildiyinə dair protokol imzalanıb. Lakin həmin protokolda imzası olanlardan bir neçəsi notarial qaydada imzasının saxtalaşdırıldığına dair ərizə verib: “Mənim Prezident Administrasiyasına, Baş Prokurorluğa, Təhsil Nazirliyinə ünvanladığım şikayətlər nazirliyin daxili nəzarət şöbəsinə, oradan da Müəllimlər İnstituna göndərilir. Bu gün Təhsil Nazirliyində əsas postlarda işləyən bir çox şəxs uzun müddət keçmiş rəhbərliklə əlbir olaraq külli miqdarda pul qazanmış adamlardır. İlyar Vahabov mənə “Orucəli Rzayevin söhbəti bağlanıb, Kənan Quliyev MTN-nin burada nümayəndəsidir. Bu barədə nazirə məruzə edib və məsələ bağlanıb” söyləmişdi”.

Şikayətçi prezident İlham Əliyevə müraciət edərək dövlət vəsaitini talan edənləri və onların himayədarlarının cəzalandırılmasını, özünün və ailəsinin təhlükəsizliyinin qorunmasına tapşırıq verilməsini xahiş edib.

Təhsil Nazirliyi isə bu dəfə də sorğu göndərməyimi istəyib. Ümidvarıq ki, bu dəfəki sorğumuz ötən sorğuların taleyini yaşamayacaq.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə