Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sabahdan Gürcüstandan Azərbaycana mal-qara idxalı qadağan olunur
Sabahdan Gürcüstandan Azərbaycana mal-qara idxalı qadağan olunur
29 Yanvar 2016 / 0:20 / Baxış sayı: 500
Font1 Font2 Font3 Font4

Sabahdan Gürcüstandan Azərbaycana diri heyvan və heyvan mənşəli məhsulların idxalı rəsmən müvəqqəti qadağan ediləcək. Bunu açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarət Xidmətinin mətbuat katibi Yolçu Xanvəli bildirib.

Qadağanın səbəbi Gürcüstanda xırda və iribuynuzlu mal-qara arasında Göydil virusunun yayılmasıdır. Artıq bununla bağlı Dövlət Baytarlıq Nəzarət Xidmətində məlumat var, sabah da Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından rəsmi məlumat daxil olacaq.

Bununla əlaqədar sabah Dövlət Baytar Müfəttişinin əmri ilə Gürcüstandan diri heyvan və heyvan mənşəli məhsulların idxalına rəsmən müvəqqəti qadağa qoyulacaq və bununla bağlı Azərbaycanın müvafiq dövlət qurumları məlumatlandırılacaq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə